GÖY GİRSİN, QIZIL ÇIXSIN!

İçmək deyəndə başa düşürük ki, nəsə bir mayeni ağzımızdan süzüb bədənimizin içinə almaq. Bəs “and içirəm” deyəndə nəsə bir şəyi süzüb içmirik, axı bu nə işdir?

Türklərin çox əskidən var olan və hələ də içdikləri ulusal deməli milli bir içkisi var, adı qımız. Qımız, dişi at südündən ürətilir. Günümüzdə Başqırt, Qazaq, Qırqız, Monqul, Yakuts və Özbək kimi Türk soylu ölkələrdə çoxlu içilir. Ancaq içində alkol olduğuna görə Azərbaycan, Türkiyə, Türkmənistan kimi İslam dininə çox bağlı(!) Türk ölkələrində hardasa adı heç bilinmir. Ancaq ilginç olan odu ki, qımızın içində olan alkol, portağalda olan alkoldan da azdır. Eləsə, qımıza haram deyənlər portağalı da haram eləməlidir.

İki cür qımız var. Biri ağ qımız, o birisi də qara qımız. İlkin yapılan qımız ağ adlanır. Bunun alkolu çox azdır. Ancaq bir nəçə ay daha saxlandıqdan sonra ağ qımız olur qara qımız və alkolu artaraq sərt bir içkiyə dönüşür.

Göytürklər dönəmində ölkəyə gələn elçilərə, yad adamlara ilkin qımız verilirmiş. Ana xəstələnib, süddən kəsiləndə uşağa yenə qımız verirlərmiş ki, uşaq dinç olsun. Qımızda olan albumin yumurtadan çoxdur. Özü də bir dərman kimi işə yarayır.

Sözsüz ki, qımız Türklərdə çox önəmli bir içkidir. İndi and içməkdən söz edərkən niyə qımızdan söz açdım onu deyim: Türklərdə and, çox önəmli bir yerə yiyədir. Bir söz ki kəsildi daha ondan gəri qayıtmaq ola bilməz. İndilərdə and içdim deyib, qoyuruq qırağa ancaq əskidən bu belə olmurdu. And əslində bir içkinin adıdır. And içmək də törənlə deməli mərasimlə, təntənə ilə keçirilirdi. Bir sözü kəsmək, o sözdə razılaşmaq istəyən iki kişi, boşqaba doldurulan qımızın içinə, öz qanlarından bir nəçə damçı damladıb içirlərdi. Bunun adı da olurdu and içmək. Birbirlərinin qanını içən bu iki kişi, daha da sözlərindən qayıda bilmirdilər.

And-ı içmədən öncə də “Göy girsin, qızıl çıxsın!” sözü deyilirdi. Bu o deməkdi ki, sözü kim pozsa ona göy rənkli deməli arı qılınc girsin, qan qırmızısına boyanıb qızıl çıxsın. Qızıl sözünün əsl anlayışı qırmızı deməkdir. Sonraları Azərbaycanda anlamı fərqliləşib, altun (altın) sözü yerinə işlədilməyə başlanıbdır. Altun sözü də yaddan çıxıb, unutulubdur. Bu and sözü Nihal Atsızın betiklərində -Bozqurdların Ölümü, Bozqurdların Dirilişi- çoxlu işlənir idi.

And içkisinin izini Göytürk əlifbasında da tapmaq olar. Əlifbada yer alan, adı da and olan bu damga deməli hərf bir boşqaba və onun içinə damladılmış qan damçılarına oxşayır. Göytürk əlifbası sözsüz ki, Türklərin çoxlu ilgiləndikləri hansısa bir şəyin sembolizə edilməsiylə yaranmışdır. Örnəyin “ox damgası” bir oxa bənzəyərkən, “ot damgası” da bir təpə üstündə bitmiş iki ot ilə simgələnmişdir.

Türkiyə Türkcəsində antlaşma (anlaşma) kimi bir söz daha işlənir. Məncə bu söz, qımız içinə qan damladılıb içilməsi törənlərinin yavaş-yavaş tərk edilməsiylə yaranmışdır. Onda and içtik yox, and-laşdıq deməklə işi bağlayırlarmış. İndisə adi bir söz kimi olub, razılaşmaq anlayışında qullanılır.

Demək, and içmək elə adi bir iş deyil. Ona görə bu gələnək (ənənə) yenidən başladılmalıdır. Örnəyin mən elə xəyəl edirəm ki, bir gün Türk ölkələri birləşməyi qərara alıb, qol çəkmək üçün bir araya yığışanda, öncə qol çəkələr sonra “göy girsin, qızıl çıxsın” deyib bir boşqaba doldurulmuş qımıza qan damladıb and içələr.

Hiç yorum yok:

Yorum Gönder