TÜRK QADINLARININ DİL DİRƏNCİ

Dilimizin əsl yiyələri qadınlarımız, analarımızdır. Elə buna görə də ana dili deyirik. İlkin anamızdan eşitdiyimizə görə yox.

Prof. dr. Günay Qaraağacın dediyi kimi: “Tarix bizə, ana dillərində yaşayan topluluqların, dünyanın hər hansı bir yerini qolaylıqla yurt edinə bildiklərini, ana dillərini itirənlərin isə özlərini də itirdiklərini öyrədibdir. Yenə tarix, başqa yurtları 'öz yurdu' halına getirə bilən igidlərin hekayələri ilə doludur. Yalnız, bir coğrafiyanı yurt edinə bilmənin təkcə qoşulu vardır: fəth elədiyin yerə qadınlarını da deməli analarını, bacılarını da aparmaq. Bu qoşul yerinə yetirilməsə, o igidlər, fəth etdikləri torpaqlarda itib gedərlər.”

Bekə bir az qəribə gələcək ancaq bu belədir. Türk qadınlarında dilə qarşı bir dirənc var. Yad dili, kişilərə görə daha çox üzüb qoyurlar qırağa. Ona görə də bu dili bu günə qədər gətirib çatdırıblar.

Dostum, bir gün Bolqarıstandan köçən qonşularından yaşlı bir qadına “Sən neçə ildi Bolqarıstanda yaşadın, indi Bolqar dilini yaxşı bilirsən elə?” deyə soruşubdur. Onda qadın qürurla belə deyib: “Ə oğlum, mən 25 il əcnəbi içində yaşadım ancaq bir yad söz öyrənmədim.”

Gör, iyirmi beş il içində yaşadığı toplumun dilini öyrənməyibdir. Başı harab olduğuna görə yox, yalnızca Bolqarları özünə yad bildiyinə görə, onlardan nəsə bir şey aparmayıbdır özünə.

Bir başqa dostum, nənəsinə heç bir vaxt əlma dedirtə bilmədiyini demiş idi. Türkiyənin batı şəhərlərində və yazı dilində alma sözü əlma kimi işlənir. Həmin qadın ən sonunda almə deyə bilibdir. Yenə bu qadın nə zaman televizor izləmək istəsə baxacağı açın deyirmiş. Nə gözel sözdür, baxacaq. Oturacaq, dayanacaq kimi baxmaq sözündən baxacaq. Yad sözü qullamaq yerinə öz dilindən söz yaradıbdır. Bu sözü indiyədək nə Türk Dil Qurumu nə də ki bir başqası tapa bilməyibdir. Televizor haqda deyilmiş ən gözəl sözdür: baxacaq. Tamam Türk məntiqinə, dil yapısına uyğun formadadır.

Bunlar elə belə iki örnəkdir. Danışıb artdırmaq olar. Ancaq söhbət ondan gedir ki, ana-bacılarımız belə etməsələrdi bu günləri Türk dilində danışır olan deyildik. Hardasa iki yüz il dustaq yaşayan Asiya Türkləri dilini hələ də danışırsa nədəni budur. Səlçuqlu və Osmanlı dövlətlərində danışanına eyib gözlə baxılan Türkcə, bu günə çatıbsa analarımızın yad dilə qarşı görsətdiyi dirəncdən qaynaqlanır.

Hiç yorum yok:

Yorum Gönder