ANA DİLİNDƏ PLANET ADLARI

İnsanoğlu yaranandan indiyə kimi, göyüzü ona maraqlı gəlibdir ki, əllərinin çatmadığı, hətta bəzən tapındıqları bu obyektləri özlərinə məxsus adlandırıb, nağıllar yaradıb, sözlər qoşubdular.

Elə ki, günəş-ay-ulduz kimi sözlər, bir dilin təməl sözləri kimi aparılır.

Əski Türklər də o biri millətlər kimi gözlə görülə bilən göy obyektlərini adlandırıb. Bu adlandırmalarda marağımızı cəlb edən isə, -dız şəkilçisindən istifadə edilmiş olmasıdır. Həmin şəkilçi, sözün parlaqlıq-işıldaqlıq halını müəyyənləşdirir. Günümüzdə işlədilən ulduz, yaldız, gündüz kimi sözlərdə bu şəkilçini görmək olar.

Demək əski Türklərdəki planet adları belə idi:

Çolpan: Venüs planetinin adıdır. Günümüzdəki çoban sözünün əski formasıdır. Türkiyədə hələ də çoban yıldızı deyə işlədilir.

Acun: Üstündə yaşadığımız dünyanın adıdır. Acun sözü yerinə ajun deyildiyi də olmuşdur. Ölü bir dil olan Soğd mənşəlidir. Bu söz ilə bağlı olaraq çox müharizə aparılmaqdadır amma, Türkcə mənşəli olmadığı aşkardır. Nə zamankı kök və şəkilçisinə mənalı Türkcə açıqlama getirərlər, o vaxt mən də qəbul edərəm ki, bu söz özümüzünküdür. 


Dünya əvəzinə, Uyğurların yerdincü sözünü də qoşmaq olar. Yenə Çin işğalında yaşayan Türk xalqlarından olan Salırlar, bugünləri yertençü sözünü qullanmaqdadırlar. Qoşulan şəkilçi haqda biliyim yoxdu amma yaranma qaydası baxarsaq, bizim yerüzü sözünə çox oxşayır.

Baxır-soxum: Mars planetinin adıdır. Həmin planetin qırmızı görünüşünə görə belə adladıqları çox aşkardır. Türkiyədə kızıl gezegen (kızıl > qızıl – qırmızı mənasında) kimi də işlədilir.

Ərəndiz: Jüpiter planetinin adıdır.

Səkəndiz: Satürn planetinin adıdır.

Səkkiz planetdən beşinin adının ana dilimizdən olması da gözəl bir duyğudu. Amma bu günləri, elmi inkişafla artan göy nəsnələrinin adlarından hardasa heç biri öz dilimizdən deyil. Dədə-babalarımız, o günün şərtlərinə görə gördükləri obyektləri adlandırıb. Biz də, boynumuza düşən bu görəvi yerinə yetirməli, ana dilimizdən adlar qoymalıyıq.

Elmi ad deyə bildiyimiz, dərslərdə öyrəndiyimiz, konferanslarda çıxış elədiyimiz planet adlarını xırdalayanda görürük ki, həmin bu adların elmə dəxli yoxdu. Onlar, öz mifologiyasındakı adları işlədərək, həm bizə tanıdırlar həm də öz yadlarında saxlayırlar. Eləsə, mıxı mıx sökər deyib, biz də bir neçə önəri irəli sürək.

Merkür > Ərdənay:
Roma mifologiyasında xəbər göysəlinin adı Mürkür-dür. Yunanlardakı Hermes ilə taydır. Merkür, o biri göysəllərin ən sürətlisi və hiyləgəridir.

Türklər, var olanlan bəri tək Tanrıya inandığı üçün, belə göysəlləri yoxdu amma bunlara oxşayan tinləri var. Ona görə də, önərilər tinlərlə bağlı olacaq.

Merkür üçün ən uyğun önəri, Ərdənay-dır. Sibir Türklərində, Tanrının insanlara bildirmək istədiyi yaxşı qərarları getirdiyinə inanılır. Belə baxanda, Merkür ilə hemkar olduqlarını görə bilərsiniz.

Mars > Qızıldız:
Qəyd elədiyim kimi, -dız şəkilcisi parlaqlıq bildirir. Ona görə qızıl sözünə qoşub qızıldız sözünü yaratmaq olar. Qızıl sözü əslində qırmızı mənasına gəlir. Azərbaycanda altun (altın) sözü nəyə görə unutulub, əvəzinə də qızıl sözü keçib, mənə maraqlıdır.

Kızıl gezegen sözündən yola düşüb, qızıl gəzəgən də demək olar. Beləliklə planet sözünü gəzəgən ilə əvəzləyə bilərik. Qızıl sözü ilə bağlı şübhələri olanları da diqqətə alsaq, qırmızı gəzəgən deyib razılaşa bilərik.

Uranüs > Altayxan:
Yunan mifologiyasında Uranüs, göysəllərin atasıdır. Bizdə tinlərin atası yoxdu amma Altay dağlarının zirvəsində oturan, həmin dağlara ağalıq edən Altayxan var. Ona görə Uranüsü ən yaxşı Altayxan əvəz edər.

Neptün > Talayxan:
Romalılara görə denizlərin göysəlidir. Nə yaxşı ki, bizim də dənizlə maraqlanan bir tinimiz var: Talayxan. Əski türkcədə talay, okean mənasında işlədilən sözdü.

1 yorum:

  1. Kaşgarlı'da bir yıldız (Jüpiter gezegeni) için "Qara quş" dendiği yazılmış.

    YanıtlaSil