BUYURUN OXUYUN!

Dildə istifadə olunan sözlərlə o dili istifadə edən millətin xarakterini təyin etmək mümkündür.

Qar ilə bağlı bizdə bir neçə söz varkən, eskimolarda hardasa 300 söz, qar növünü bildirir.

Qohumluqla bağlı ən çox söz Türk dilinə aiddir. Bu, ailə mədəniyyətinin dildə öz əksini tapmasıdır.

***

Dilimizdə elə sözlər varki, kökünü unutmuşuq amma şəkilçilə düzəldilmiş halından istifadə edirik.

alç + garu > aşqaru > aşğaru > aşağu > aşağı.

iç + gərü > içgərü > içyərü > içyəri > içəri.

Buyurmaq sözü də bunlardan hesab oluna bilər. Çünki kökü olan buy sözü, bu günləri istifadə olunmur.

Buymaq: soyuqdan donmaq, üşümək.

Buyruq: Əmr.

Buyurmaq: Əmr etmək.

***

Gaston Richard deyir: "Bu millətdə müsavat, kamalın son həddinə çatmışdır. Çünki Türklərdə pulla işləyən qulluqçu yoxdur. Dustaqları işlətməksə azdır".

***

Dildə istifadə olunan sözlərlə bir millətin xarakterini təyin etmək olar dedik. Demək başqasına iş gördürməyə pis baxan dədə-babalarımız, bu hərəkəti soyuq qarşılayıblar. Ona görə də bu feili, soyuqluq mənası verən buy sözü ilə ifadə ediblər.

Hiç yorum yok:

Yorum Gönder