GÖYTANRI İNANCI NƏDİR?

Tanrıçılıq, Təngricilik ya da Göytanrı inancı, bütün Türk soylu xalqların qabaqçadan inandığı inamın adıdır. Animçilik, Şamançılıq, Totemçilik kimi inançların təməli həmin Göytanrı inancından yaranmışdır.

Sözün Kökəni
Təngri sözü bu gün istifadə etdiyimiz Tanrı sözünün əski formasıdır. 1893-cü ildə Orxon yazıtlarını oxuyub çözməyə çalışan Vilhelm Ludvig Peter Tomsen, ən çox istifadə edilən şəkilləri qəyd edib. Onda görüb ki, iki söz çox işlənib. Həmin iki söz üzərində odaqlanıb və axırda bu iki sözün nə mənaya gəldiklərini tapıb: Türk və Təngri. Hərfləri müəyyənləşdirdikdən sonra qalan yazıları da oxumağı bacarıb.

Bu günləri həmin sözü hələ də təngri kimi işlədən türkdillilərlə yanaşı, sözün qalın forması olan tanqrı kimi işlədənlər də vardır. Qırğız türkləri təngir deyərkən, qədim xalqlardan olan Sümərlərdə təngər kimi işlədilir idi.

Göy sözünün eləva edilməsi isə, göyün türklərdə müqəddəs, qutsal olması ilə yanaşı, göyün əlçatmaz, ucalıq mənaları da olduğundan asılıdır.

Çağımızda Göytanrıçılıq
SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan Türk xalqları, öz köklərinə, gələnəklərinə, milli dəyərlərinə qayıtmağa başladı. Bu proses 1990-cı illərdə ilkin Tataristanda, sonra da Qırğızıstanda özünü biruzə verdi.

Tatarlar, bu eyləmlərinin adını əvvəllər Bizneng Yul (Bizim Yol) adlandırsalar da, Təngirçilik (Tanrıçılıq) adı sonradan qəbul olundu. Xalq arasında günbəgün yayğınlaşan bu eyləm, həvəs olmaqdan çıxıb dövlətin dəstəklədiyi, institutlar açdığı bir duruma gəlmişdir.

Qırğızıstanda isə 1997-ci ildə paytaxt Bişkəkdə Təngriçi adlanan bir topluluq yaranmışdır. Həmin topluluğun rəsmi qəydlərə görə 500 min üzvü vardır.

Qırğızıstanda yerləşən başqa bir Göytanrıçı qurum isə Təngir Ordo (Tanrının Ordusu) -dur. Millət vəkili Dəstan Sarıgülov tərəfindən yaranmış və yenə onun tərəfindən idarə olunmaqdadır. Bu günləri Göytanrı inancı araşdırma mərkəzi kimi işləməkdədir. İstanbul universitetinin Türk Dünyası Araşdırma Mərkəzi ilə də əməkdaşlıq etməkdədir. Təngir Ordonun işləri, çox dəfə digər Türk xalqlarının mətbuatında maraq yaradaraq öz əksini tapmışdır.

Monqolistanda Golomt Center for Shamanist Studies (Golomt Şamançılıq Araşdırma Mərkəzi) Göytanrıçılıq haqda fəaliyyət göstərməkdədir. Araşdırmalarla yanaşı, Göytanrı inancını batı ölkələrinə tanıtmaq məqsədilə ingilis dilində çıxışlar da etməkdədirlər.  Prof. Dr. Şagdarin ilə  Dr. Sendencavin Dulam-ın çıxışları önəmli yer tutmaqdadır.

Saxa Türkləri, yenidən diriltdikləri Göytanrı inamını Ayy adlandırdılar.

Qırğız türkü Çoyon Ömüraliyevin yazdığı Təngirçilik adlı betiyin qapağı, kiril hərfləri ilə orxon yazıtlarındakı türk damğalarına oxşadılaraq yazılmışdır.

Türkiyədə isə millətçi kəsimdə yenidən dirilən Göytanrı inancı, günbəgün inanlarının sayındakı artımla güclənməkdədir. Özəlliklə gənclər arasında sürətlə yayıldığı bilinən bir gerçəkdir. Amma buna baxmayaraq türkiyəlilər, hələ də monqol ya da qırğızlar kimi öz qurumlarını tikə bilməyibdilər.

Göytanrı inancının çağımızda yenidən dirildiyinin ən böyük sübutlarından biri türksoylu xalqların bayraq və gərblərində yerləşən qutsal simvollardan görülə bilər. Göy rəngi və qurt simvolu xüsusilə diqqətləri cəlb etməkdədir. Həmin göy rəngi Azərbaycan bayrağında da görmək olar.

Göytanrı inancından yayınıb başqa inançları özünə doğma bilən türk xalqlarında hələ də Göytanrı inancının izlərini görmək olar. Buna örnək olaraq, ağaca çapud bağlayıb nəsə diləmək verilə bilər. Bununla yanaşı, Türkiyə Türkcəsində işlədilən Utançtan yedi kat yerin dibine girdim söyləmi də deyilə bilər.

Göytanrı İnancının Bəzi Özəllikləri
  • Tanrı birdir, ən üstün və mütləq gücdür. Hər şeyi yaradandır.
  • Göysəl, deməli kitabı-peyğəmbəri olan dinlərdən daha öncə yaranmışdır.
  • Umay, Ülgən, Erlik Xan kimi özəl tinlər (ruhlar) vardır.
  • Təbiət çox önəmlidir. Təbiətdə bir tarazlıq vardır və bu pozulduğu vaxt, insanlar və digər canlılar bundan təsirlənəcəklərdir.
  • Həyvan və bitkilərin də tinləri vardır.
  • Ulduzlar, dağlar, məşələr və irmaqlar qutsaldır.
  • Kişinin toplumdakı statusu, qadınınkından artıq deyildir.

Özəl Tinlər
Özəl olaraq yaradılmış və hərəsinin öz işi, öz görəvi olan tinlər, bu inancın ən xarekterik özəlliyidir. İnanç özümüzün olduğuna görə, həmin bu tinlərin adları da öz dilimizdən olub.

Bu siyahıda adı ən çox işlədilənlərdən söhbət aparacağam, qalanlarını maraq edənlər varsa, ən axırda verdiyim saytlara baxa bilərlər.

Qara Xan: Göyün ən yüksək qatında, qızıl bir sarayda, qızıl orunda oturur. O biri adı Qayra Xandır.
Ayzıt ya da Ayqız: Əşq, məhəbbət və ayın əfəndisidir. Göyün üçüncü qatında oturur. Qamlar alqışlarıyla onun gözelliklərindən danışar.
Gün Ana: Günəşin əfəndisidir. Günəşlə birgə göyün ən yüksək qatında oturur.
Ay Ata ya da Ay Dədə: Ayın əfəndisidir. Ay ilə birgə göyün altında qatında oturur.
Alasbatır: Əv həyvanlarının qoruyucusudur.
Ancasın: İldırımların əfəndisidir.
Su Yiyəsi: Suda yaşayan gözəl pəri qızıdır. Özünü ilana və ya quşa döndərə bilmə qabiliyyəti vardır.
Daş Qaşıt: Qismətlə bağlı işləri görən tindir.
Andarqan: Odun əfəndisidir.
Satılay: Pislik əfəndisidir. İnsanların tarazlığını pozar, yolundan çevirər və ruh xəstəlikləri getirər. Çarəsiz insanları intihar etməyə yönləndirər.
Qar Xan: Qarın, qışın əfəndisidir.
Arah, Toyar, Tarıla, Sabıray: Yerin dördüncü qatında yaşayan və insanların ruhları haqda qərarlar verən tinlərdir.
Gölpün Ata: Qoyunların qoruyucusudur.
Qambar Ata: Atların qoruyucusudur.
Ərdənay: Xəbərcidir. Tanrının insanlara bildirmək istədiyi qərarları getirən tindir.
Od Ana: Odun qoruyucusudur.
Usan Xan: Su tinlərinin əfəndisidir.
Say Xan: Elmin əfəndisidir. Kainatın bütün sirrini bilir. Elm ilə maraqlananlara ilham verir.


Tatay Xan: Fırtınaların, küləklərin əfəndisidir.
Çor: Monqol dilində Çotqor adlanır. Tarazlığını pozan, eyinsəl və ruh xəstəliklərinə yoluxduran pislik tinləridir. Bəzi Çor-lar, ölən insanların yer altı aləminin yolunu tapa bilməmiş olan Sünə tinləridir. Belə olanda bir qamın (şamanın) bu tini yenidən yola getirməsi lazımdır. Digər pislik tinləri yenidən canlandırma çembərinin dışında dayanarlar və sonsuzadək təbiətdə fırlanarlar. Qamlar, bu tinləri etkiləyib yaxşı bir yardımçı halına çevirə bilərlər.
Ozur, Ongun tinləri: Ümumiyətlə yaxşı tinlərdir amma bəzən problem də yarada bilirlər. Həmin tinlər, bəzi böyük ataların bir müddət təbiətdə fırlanan Sülhə tinləridir. Bunlar şamanların törənlərində ən önəmli yardımcı kimi özlərini göstərirlər.
Körmüz: Ölmüş şamanların tinləridir. Həmişə canlı şamanların yanında olar, onlara yol göstərib yardımcı olarlar. Bir çox şaman nəslinin təcrübəsini yiyədirlər. Yaxşı və ya pis Körmüzlər də vardır. Bununla yanaşı Körmüzlər, yeni ölən insanların tinlərinə yol göstərir və onların getməli olduqları yerə aparırlar.
Bur Xan: Çox güclüdürlər və buna görə şamanlar onlara təsir edə bilməz. Əgər bir insanı xəstə elədilərsə, şamanlar sadəcə olaraq həmin xəstəni narahat etməmələri üçün xahiş edə bilərlər. Anca çox güclü yardımcısı olan şaman Bur Xan tinini idarə edə bilər. Bu prosesdən sonra idarə olunan Bur Xan, Ongun-un içində saxlanan Ongun tininə çevrilər.
Altay Xan: Altay dağlarının əfəndisidir. Altay dağlarının zirvəsində oturur və güclü bir tindir.
Talay Xan: Okeanın əfəndisidir. (Talay sözü okean deməkdir.)
Dəmir Xan: Dəmirin gücünü əlində saxlayan tindir.
Buncaq Toyun ilə Buzul Toyun: Göy aləminin ən yüksək qatında Qara Xanın sarayına gedən yolda növbətçi kimi işləyirlər.
Umay Ana: Həyvan və insan balalarını qoruyan tindir. Altay türklərinə görə, gümüş saçları olan gözəl bir qadındır və üç dənə də boynuzu vardır.
Bay Ülgən: İnsanlara yaxşılıq etməyi sevən və göydə baş verən olayları idarə edən tindir.
Ağ Ana: Uçmağda (cənnətdə) yerləşən Süd Gölündə yaşayır. Həmin gölün əfəndisidir.
Erlik Xan ya da Yerlik Xan:  Yer altı aləminin əfəndisidir. Tanrıya qarşı gəldiyinə görə lənətlənmişdir.

***

Bu qonuda ətraflı bilgi almaq istəyənlər aşağıdakı saytlara baxa bilərlər:
www.tr.wikipedia.org/wiki/Tengricilik
www.turkmythology.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder