ELMİN RUHU : SAY XAN

Türk söylənbilimi, mifologiyası haqda araşdırma aparanda, qarşıma qəyri-adi biliklər çıxdı. Maraqlı yaratıqlarımız olduğunu gördüm. Supermen kimi uçanı, dünyanı yox olmaqdan qurtaranı yoxdu belkə ancaq ən azı onun qədər maraq cəlb edənləri, qaniçənlər kimi qorxuducu olanları var. Örnəyin Yelbegən, yeddi başlı bir əjdahadır. Altaylılara görə, ay-ı yeyərək onun kiçilməsinə, deməli ay tutulmasına yol verirmiş.

Yunan göysəlləri (ilahları) haqqında araşdırma aparanda, bunlara oxşayan Türk tinləri (ruhları) olduğunu da gördüm. Örnəyin yunanların Merkuri-si xəbər bildirən bir göysəldi, ərəblərin Cəbrayıl-ı kimi. Bizdə isə bu işlə məşğul olan tinin adı Ərnənay-dır. Uran, göysəllərin ağası, çələbisidir. Bizdə də Altay dağlarının təpəsində oturup, ağalıq eləyən Altay Xan var. Neptun dənizlərin göysəli ikən bizdə Talay Xan var. Talay, yunan sözü olan okeanın öz dilimizdəki qarşılığıdır. Bunları deyəndə bir şey marağınızı cəlb elədi mi? Yunan göysəllərinin həmin bu adları planet adları kimi də işlənir. O birisi planetlər də yenə yunan göysəllərinin adını daşıyır. Yunanları qədim ataları bilən avropalılar, nəsə kəşf edəndə ona yunan kökənli bir ad qoymağı özünə bir görəv bilir.

Bunları belə xırdalayanda “neyə görə elmlə məşğul olan biri yoxdu?” deyə düşündüm. Sonra buna bir həll taptım: Say Xan. Bəli! sayların, elmin tini, göysəli olsun dedim. Riyaziyyatla, kimya ilə uğraşsın dedim. Bilirəm, riyaziyyat yalnızca saylarla əmələ gələn bir elm sahəsi deyil ancaq say deyəndə də ilkin usa, ağıla gələn riyaziyyatdır.

Daha sonra Say Xan-ı görsəlləşdirməsi, qrafikasını cızması üçün rəssam Nuray Yaxaryılmaz-a[1] rica etdim. Nuray xanım, qabaqçadan Türk tinlərini cızmış, onlara bədən geydirmişdi. Məni gəri çevirmədi və istəyimi yerinə yetirdi. Beləliklə Say Xan yaranmış oldu.

Əlbəttə Say Xan üçün bir də dəstan yazmaq lazım idi. Mən elə belə bir şeylər yazaraq başlayıram, daha yaxşısı üçün siz də kömək eləyə bilərsiniz:

“Say Xan, yeddi qatlı göyün yeddinci qatında, mərtəbəsində yaşayar. Ağsaqqal, bilgə bir tindir. Kainatın bütün düzənini, nizamını bilər. Tanrı, onu Ağgölün mayasından yaratıbdır. Elmlə maraqlanan hər bir insana ilham verər, onlara kömək eləyər.”

***

Unutmayaq ki, axırda biz də 200-300 il sonra kimlərinsə dədə-babaları olacağıq. Bu dediklərimiz də gerçək mənada dəstan kimi işlənə biləcək. O birisi dəstanlar, nağıllar da göydən düşməyibdir. Mənim-sizin kimi biri tərəfindən yaradılıb, qulaqdan qulağa köçürülüb və günümüzədək gəlib çatıbdılar.

İndi sizdən istəyim odur ki, Say Xanı tanıdasınız. Onun haqda nağıllar yaradıb, uşaqlara anlatasınız. Mən bir riyaziyyatçı olaraq Say Xan-ın adına bir sayt düzəltdim: www.sayihan.blogspot.com Bu saytda riyaziyyatla bağlı məqalələr yazıram. Bir elm sahəsi kimi riyaziyyatla maraqlananlara ilham versin deyə...

dipcə:
[1] http://turkmythology.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder