TÜRKÜN ƏSL SƏNƏTİ: DALĞIR

Suyun üstünə nəsə bir şəy yazıb-çizmək ola bilərmi? Bu günləri yaponlar çalışırlar ki suyun üstünə yazı yaza bilələr. Amma dədə-babalarımız, sözsüz ki Türklər bundan yüz illər qabaq yazı yazmaq bir yana, rəsim çizirdilər.

Ağla batan iş deyil, inəyin ödünü suya qatmaq, atın qılından, gülün dalından fırça düzəltmək. Kimin hardan ağlına gəlibdir?

Dalğır sənətinin ilk dəfə harda və nə zaman yapıldığı kəsin bilinmir. Qəyrimüəyyən əsərlər var ancaq dəqiq tarixi və müəllifi bilinmir. Qəydiyyatdakı ən əski dalğır, 1595 ilində Şəbək Məhmət Əfəndi tərəfindən düzəldilən əsərə aitdir.

Osmanlının son dönəmlərində yaşamış olan Üsküdarlı Sadıq Əfəndi, dalğırın incəliklərini öyrənə bilmək üçün Buxaraya getmişdir. Bu da dalğır sənətinin Orta Asiya mərkəzli olduğunu göstərməkdədir. Bu günləri dalğır sənəti yaşayırsa, biz bunu Sadıq Əfəndiyə borçluyuq. Sən demə, o vaxtlar bu sənət yox olmaq üzərə imiş.

Dalğır barədə 1608-ci ildə Tertib-i Risale-i Ebri adında bir betik yazılıbdır. Dalğırın necə düzəltildiyi haqqında biliklər yer yazılmaqdadır. Dalğır üzrə yazılan ilk kitab olması baxımından önəm taşıyır.

Dalğırın ən yayğın bilinən adı əbrudur. Fars dilindəki abri (bulud kimi) sözündən gəldiyini deyənlər olsa da, bundan çox daha öncələri Türküstanda əbrə sözü qullanılır idi. Biri deyir farslar bizdən götürüb, o birisi də deyir biz farslardan götürmüşük. Ancaq onu bilirik, dalğır bizim öz sözümüzdür. Suyun üstündəki dalğalı, bənəkli, ləkəli kimi görünən boyalardan ötrü bu adı alıbdır.

Dalğır Necə Yapılır?
Dalğır yapa bilmək üçün gərəkli olan ləvazimatlar belədir:

30x50 Təknə Kerajin
(Dəniz Qadayıfı)
Neft Gül Dalı Dəstəshəng
34.5x49.5 Kağız Sıpatula At qılı Formaldeit Boyalar
Biz Öd Mistila Daraq


Torpaqdan düzəldilən toz boyalar, qranit mərmər üstünə (əslində bu o dənli önəmli deyil, boyaları əzmək üçün uyğun bir yerə) dökürük. Yaxlaşıq 15 dəqiqə boyaları dəstəsəng ilə əzirik. Ardından bir az da su qatıb, macun qıvamına gələnədək yoğururuq. Bunu hardasa 3 saat eləməliyik. Nə qədər çox olsa o qədər keyfiyyətli olar boyalar. Sonra hazırladığımız bu boyayı şüşələrə doldurub üstünə su qoyuruq. Beləliklə pozulmadan illərcə qullana biləcəyimiz boyalar hazırlamış oluruq.

Dəniz Qadayıfının Hazırlanışı
5 litr suya 4 yemək qaşığı dəniz qadayıfı qoyular. Çırpıçı ilə yaxlaşıq 15 dəqiqə çırpılar. Macun kimi olanadək belə davam edilər. Qutardıqdan sonra süzgəçdən süzülər. Beləliklə üstündə qalan köpüklərdən arınar. Egər, bunu gecədən hazırlasanız, süzməyə gərək yoxdur.

Dəniz qadayıfının netəliyini deməli keyfiyyətini başa düşmək üçün sınamaq gərəkir. Sınamadan, netəliyini bilmədən çalışmağa başlasaq pis sonuçlar ala bilərik. Ona görə təknəyə qoyduğumuz dəniz qadayıfına biz ilə boya damçıdıb izləməliyik. Boya sürətlə irəliyirsə sulu, ağır ağır gedirsə çox duru olub deməkdir. Belə olanda biraz daha su qataraq düzəldə bilərik.


Boyanın Hazırlanışı
Kiçik bir şüşənin yarısınadək su doldurub, üstünə də öncədən hazırladığımız boyalar 2 çay qaşığı qoyub qarışdırırıq. Sonra damlalıq ilə 7-8 damla öd damçıdıb yaxşıca qarışdırırıq.

Boyanın tutub-tutmadığını anlamaq üçün yenə biz qullanırıq. Dəniz qadayıfına damlatdığımız boya olduğu yerdə qalırsa 3-4 damla öd daha qatmalıyıq. Damladandan sonra boya açılıb-yayılırsa tutmuş deməkdir. Beləliklə artıq dalqır yapmaq üçün hər şəy hazırdır. Gərisi bizim əl bacarığımıza qalıbdır.

Hiç yorum yok:

Yorum Gönder