OYA ABİDƏSİ

Yenisəy çayının sol tərəfində, Oya çayından 25 verst[1] qədər uzaqlıqda, bir məzar təpəsində tapılan bu daş abidəyi Qostrof adlı nəfər tapmışdır. Oya çayına yaxınlığına görə belə adlanmışdır. Daş, qırıq-dökük olduğundan çox da mənalı sözlər çıxara bilmirik.

Əsl mətn ve oxunuşu (transkripsiyası)
1. bingçü si...
2. kuyda konçuy ...
3. adrıltım sizmə
4. kişi kazgantım b...

Azərbaycan Türkcəsi
1. bing əçüsi[2]
2. quyda[3] şahzadə qızım
3. ayrıldım sizlərdən
4. nəfər[4] qazandım m(ən)[5]

Tərcümə[6]
11.12.2009-BAKI

________________________________
[1]verst vahidinin Azərbaycan Türkcəsindəki qarşılığını tapa bilmədim.
[2]bing əçüsi kəlməsini nə H. N. Orxun nə də dilçi Radlof xırdalaya bilibdir. Hər ikisi də bu sözü nəfər adı kimi aparır.
[3]quyda nə deməkdir, heç özüm də başa düşmədim.
[4]Abidədə işlənən kişi sözü, insan mənasındadır. Mən tərcümədə nəfər kimi apardım.
[5]Abidədə b samiti bircə başına qalıbdır. Əski dildə mən yerinə bən deyildiyi də olmuşdur. Ona görə ki, cümləyə baxanda bu kəlmənin ardıcılı -ən ola bilər ve söz mən kimi aparıla bilər.
[6]Hüsəyin Namiq Orxunun Əski Türk Yazıtları adlı kitabının 3-cü cildinin 567. səyfəsindəki yazını tərcümə etdim. Bir iki elavəm də oldu.

Hiç yorum yok:

Yorum Gönder