GÖYTÜRKLƏRDƏ KİMLİK PROMLEMİ

Hər bir insan anadan doğulanda, həyata sıfırdan başlayır. Doğulanda beynində bir balaca da olsa bilik olmur. Ördək, yumurtadan çıxandan sonra gedir öz özünə üzür. Amma insanın üzməyi, danışmağı nəsə bir şəy eləməyi üçün təlim keçməyi, məşğələ eləməsi lazımdır. Ona görə də bu günləri doğulub yekələcək bir balanın, gələcəkdə eləyəcəyi xətaların hamısını özündən min illər qabaq doğulub ölən bir bala da eləyibdir.

Xüsusilə də mənəvi xətalar həmişə təkrar olunur. Belə olduğuna ən böyük sübut, XI. yüzillikdə Qaraxanlı Uyğur Türklərindən Yusif Has Hacib tərəfinfən yazılmış olan Kutadgu Bilig kitabının özüdür. Aradan min il ötməyinə baxmayaraq, elə bu günkü xətalarınızı düzəltmək üçün də oxuya bilərsiniz.

Költəgin yazıtlarında belə bir yazı var: "Türk budun tokurkak sen. Açsık tosık ömez sen. Bir todsar açsık ömez sen." Günümüz Türkcəsisə belədir: "Türk milləti toqluq dəyəri bilmirsən. Aclıq-toqluq düşünmürsən. Bir doysan aclığı düşünməzsən."

İndi bu söz, bu gün üçün də doğrudur, yoxsa yox?

***

Bu günləri Azərbaycanda kimlik sorunu (problemi) vardır. Soyadlarındakı -ov,-ova kimi sonluqlardan camaat hələ də azad olmayıbdır. Məclis həmişə qərar alır ki, "gedin düzəldin". Bir balaca Tacikistan, bir gecədə aldığı qərarla ölkədəki hər bir nəfəri bu sorundan azad elədi. Bəs biz nəyə görə eləyə bilmirik? Deyirik ki, "Gedin özünüz düzəldin". Bunun əvəzinə məclisdə belə bir qərar alınsın: "Sənədlərdəki bütün yad sonluqlar qaldırıldı. Dəmirov oldu Dəmir, Ağazadə oldu Ağa. İstəyən heç nə eləməsin, belə davam etsin. İstəyən də gəlib özünə Türkcə sonluqlardan birini əlavə etdirsin."

***

Yazının başında dedim axı, biz bu günləri nə sorunlar yaşayırsaq, dədə-babalarımız da eynisini yaşayıbdır. Elə, kimlik sorununu götürək.

Göytürk dövləti, iki dəfə qurulubdur. 552-ci ildə Bumin Qağan qurduqdan sonra yıxılan dövləti İltəriş Qağan 682-ci ildə yenidən qurar. Ancaq mənim ilgimi çəkən, birinci dövlətdəki şəxs adları ilə ikincisindəki şəxs adlarının bir birindən fərqləşməsidir. Örnəyin birincisində Bumin, Mukan, Yami, Şipi, Çula, Şekuei, Si, Mişə, Yuan kimi adlar işlədilir. Bunların bəzisi Türkcə olmayan, anlamı bilinməyən sözlər olmaqla yanaşı bəziləri də Çin dilindəndir.

Bəzi araşdırmacılar, kökəni bilinməyənləri Türkcə kökənliyi eləməyə çalışırlar. Örnəyin Tonyukuk adını belə xırdalayırlar: Ton [don] + yu [yumaq feli] + (k) + uk [feldən sifət düzəldən ək] = Donu yuyuq, təmiz donlu.

Tonyukuk, ikinci Göytürk dövlətinin qurulmasında böyük əməyi olan bir kişidir. Hətta Orxon yazıtlarında öz adına düzəltdiyi Tonyukuk Yazıtı da vardır. Gör, belə adam özünə donu yuyuq kimi ad aparar?

Halbuki ikinci dövlət qurulanda görürük ki, hamısının adı Türkcə kökənlidir. İltəriş (yıxılan ölkəyi yenidən topladığına, dərdiyinə görə el dərən anlamındadır), Bilgə Qağan (alim hökmdar), Költəgin (köl: göl, təgin: şəhzadə = göl şəhzadəsi), Kapqan (qapan), Kutlug (qutlu, mübarək) ...

Deyəsən, ikincisi qurulanda bir inkilab, dəvrim olubdur. Türkçülük ideyası mənimsənib, hərəsi özünə Türkcə ad aparıbdır. Demək, bu günləri dədə-babalarımızdan artıq deyilik.

Hiç yorum yok:

Yorum Gönder