KEDİ PİŞİYİ DÖYDÜ!

Türkiyə Türkcəsinin kökən sözlüyünü yazan Erməni dilçi Sevan Nişanyan, Sözlərin Soyağacında belə yazır: “Orta Yununca katta/gatta, Latınca cattus/catta, Ermənicə katu/gadu, İngiliscə cat, Almanca kater/katze, Lidya dili kate, Rusça kot/koşka, Ərəbcə qitt/qitta. Eramızdan sonra 1-ci yüzildən başlayaraq Aralıq dənizi dillerinə yayılan bu sözün kəsin kökəni bilinmir. Oğuzca çətük/çətik eyni köklə ilişkili olmalıdır. Farsça kedi (evcil) sözüyle ilişkisi gündizimsəl baxımdan olanaqsız görünməkdədir.”

Türkiyədə pişik yerinə kedi sözü deyilməkdədir. Ancaq bu sözün kökəni kəsin bilinmir. Bəs bu Türklərin həçmi pişiyi olmuyubdur ki öz dillərindən bir söz qoyamayıbdılar? Gerçəkdən də maraqlıdır.

Ancaq işin özünü araşdıranda belə olmadığını görürük. Çünki Türklər mərkəzi asiyadan köç edəndə yanlarında bircə yataq-döşək dəyil bəzi heyvanları da dallarında gətirmişlərdir. Örnəyin hal-hazırda Anadoluda yaşayan qaraqulaq vaşağı mərkəzi asiyan köç edən Türklərin dalına qoşulub, onlarla birgə gəlmişdir. Qulaqlarının üstündəki qapqara tüklərdən ötrü belə ad qoyub dədə-babalarımız. İndisə bu söz Latın dilinə caracal-caracal olarak keçib və biyoloqiyada eləcə də qullanılmaqdadır.

Əski dildə pişik sözü pisig kimi işlənməkdədir. Bilindiyi kimi əski dildən günümüzə qalan sözlərdə son hecadakı [g] ünsüzü Oğuz dillərində ya düşər ya da sərtləşərək [k] olar. Örnəyin bilig > bilik, kapug > kapu > kapı > qapı. Onda pisik sözü Azərbaycan Türkcəsində sərtləşib pisik olubdur. Zamanla da ortadakı [s] ünsüzü [ş] səsinə dönüşübdür.

Pisig sözünün izlərini bu gün də hal-hazırda Türk yurtlarında görürük. Örnəyin Qırğızlarda mışık, Qazaqlarda mısık olmuşkən Özbəklərdə müşük, Uyğurlarda isə möşük olaraq yaşayır. Tatarlar pisi deyərkən, Başqırtlar bisey biçimində bu sözü işlədirlər.


Bu sözlərin hamısı pisig sözündən törəyibdir. Diqqət yetirin, dodaqlanan səslər, deməli “b-p-m” ünsüzləri arasında yer dəyiştirmə var. Ünlülərdə ayrışma isə Türk dillərində alışıq olduğumuz bir olaydır. Örnəyin sözün özü təngri ikən Oğuz qrubundakı dillərdə olub tangrı, hətta tanrı kimi daha çox işlədilir. Bir başqa örnək Azərbaycanda bacarmaq olan söz Türkiyədə becərmək kimi işlədilir. Deməli ünsüzlər daşlaşıb qalarkən, ünlülər birbiri arasında keçiş yapa bilirlər. Türk dillərindəki deyişmələri ardıcıl düzsək belə olar:

başqırt pisig > pisiğ > pisiy > pisey > bisey
tatr pisig > pisiğ > pisi
özbək pisig > pisik > püsük > püşük > müşük
uyğur pisig > pisik > püsük > püşük > möşük
qırğız pisig > pisik > pısık > pışık > mışık
qazaq pisig > pisik > pısık > mısık

Türkiyənin kəndlərində, yaşlıların qullandığı pisik, pişik sözləri hələ də varsa, gənclər bunu bilmir, yazı dilində qullanmır. Onda artıq demək olar, Ermənin kedisi Türkün pişiyini döyüb, onun yerinə kəçibdir. Ancaq yenə də əski dildən qalma olan “pisig” sözünün izləri yaşamaqdadır. Onlar da pisi-pisi, piş-piş kimi sözlərlə...

6 yorum:

  1. İlk öncə təşəkkür edirəm bu maraqlı araşdırma üçün, Türkiyə Türkcəsində nədənsə pişik başqa məna verir, uşaqlarda qol altı və digər qapalı yerlərdə istidən yaranmış səpgiyə deyilir buna bizim Türkcədə pişməcə deyilir.

    Türkiyə Türkcəsində nədənsə bəzi sözlər farsca daha çox mənimsələnib və bu hayasız haylarada keçib ve insanların bəziləri elə bilir ki bu haylardan Türklərə keçib, misal üçün dudu sözü anlamı deyingən qoca qarı deməkdir, Tarkanın mahnısının birinin adı dududur.

    YanıtlaSil
  2. Düzdür, Türkiyədə pişik başqa anlamdadır ancaq bəzi bölgələrdə pisik, pişik kimi işlətənlər olsa da İstanbul ağzına görə pisi sözü ədəbi dilə də köçürülməlidir.

    Dudu sözü iki anlam içərir. Biri Farslardan gəlmə tuti (quş adı) o biri də Ermənilərdən keçmə dudu...O da yaşlı qadın anlamındadır.

    YanıtlaSil
  3. ketikini mivoldadan mere kafir. bu soz dede qorqud dastaninddandir. Ketik - kedi sozu ile baglashr mence

    YanıtlaSil
  4. Türkiye Türkçesi'nde "kedi" denir ama o kediler çağrılırken "pisipisi" diye çağrılır. Yine "köpek" denir ama onlar da "kuçukuçu" diye çağrılır, sanırım Rusça köpek anlamındaki "kuçük" sözcüğünden gelerek.

    YanıtlaSil
  5. Kuçu sözcüğünüñ kökenini Rusça'ya bağlamanız, yañlış olmuş.

    Kuçug (it yavrusu) > kuçuğ* > kuçu (Türkiye)
    Kuçug > kuçuk > küçük (Azerbaycan)

    Kuçu da, küçük de bir añlamda olup, iki ülkemizde de kullanımdadır.

    YanıtlaSil
  6. Düzeltmeniz için teşekkürler...

    YanıtlaSil