HALAL MƏQALƏ

Dildə işlədilən sözlərlə o millətin dünyabaxışını, məşğuliyyətlərini o cümlədən hər bir görüşünü bilmək olar.

Diyə bilərəm ki, bizim millət ədəbiyyatla, riyaziyyatla, fizikayla o cümlədən heç bir elm sahəsilə maraqlanmamışdır. Maraqlansa idi elm sahələrinin adı öz dilimizdən sözlərlə əmələ gələrdi. Elə elm sözünün özü də yaddır. Demək biz, elmi özgə millətlərdən öyrənmişik.

Örnəyin bir, iki, üç kimi saylarımız var ancaq bunları göstərən damğalar, simvollar yoxdu. Əgər riyaziyyat elmi ilə maraqlansaydıq belənçinə say damğaları da yaradardıq.

Qədimdə qullanılan indilərdə unutduğumuz bir sayımız var: tümən. Bu on min deməkdi. Əsqərləri tümən tümən bölüb nizama salmaq üçün yararlanılırdı. Bu günləri Türk ordusunda hələ də işlədilir. Ancaq say olaraq yox, birliyin özəl adı kimi. Həmin söz farslarda da tuman kimi işlədilir. Deməli söhbət ondan gedir ki, biz sayları ancaq əsqərlik sahəsində işlətmək üçün yaratmışıq. Əl yazmalarındakı əsqəri qəydlərdə də saylar hərflərlə, söz kimi yazılıbdı.


Bunlarla yanaşı cəmiyyət həyatında da özgə millətlərdən öyrəndiyimiz nəsə var. Örnəyin halal, haram qavramlarını ələ alağın.

Dilimizdə heç vaxt halal sözünü qarşılayan söz olmayıbdı ancaq haram üçün günah üçün söz yaradılıb və günümüzdə də işlədilir. Bilgə Qağan yazıtı doğu yüzündə yazuk sözü keçir. Bu yazıq sözünün eskin formasıdı. Qazaq türkcəsində də jazık kimi işlənir. Yaz- (yoldan sapmaq, günah işləmək) eyləmindən yaranıb. Bunun kimi, yaz + aq : yazaq > yasaq sözü də deyilə bilər. Üstə gəl, azmaq da örnək verilə bilər. Çünkü, əskin sözlərin başında işlədilən [y] səsi bəzən düşür: yıldırım > ıldırım > ildırım, yılan > ılan > ilan...

Günah sözünü işlətdiyiniz yerə yazıq sözünü qoyun, görün necə əvəz olunurlar. Ancaq həmin dəyiş-toxuşu halal sözü üçün edə bilməzsiniz, alınmaz. Çünkü, bir qavramın bir dildə işlədilməsi üçün o dili danışan millətin o işlə maraqlanması gərəkər. Biz qabaqçadan pis nəsə üçün yazıq sözünü yaratmışıq, bunun dışında qalanlara isə heç nə deməmişik. Deməli bir şey yazıq deyilsə yaxşıdır. Hamının yaxşı bildiyini də təzədən deməyə gərək yoxdu. Ancaq inamımızı dəyişdirib müsəlman olduqdan sonra yazığı günah ilə yaxşıları da halal ilə dəyişdirmişik.

Hiç yorum yok:

Yorum Gönder