DUYĞUSAL TÜRKÇÜLƏR

O qədər çox sevirlər ki, bir müddət sonra sevgiləri nifrətə çevrilir. Bu, xüsusilə gənclərdə olan hadisədir.

Onların aşırı (həddindən artıq çox) vətən sevgiləri, eyni gücdə vətən düşmənçiliyənə çevriləndə, bu ülküyə (ideyaya) necə qoşulduqlarını da başa düşürsən.

Bəzisi mühitində gördüyünə görə, bəzisi də oxuduğunu romanda, izlədiyi kinodaki adamlara görə təsirlənə bilir. Cürbəcür variantlar var amma axırda hərə bir cür variantdan özünü Türkçülük ideyasının, ülküsünün içində tapır.

Bundan sonra iki yol olur. Seçdiyin bu ülkü səninçün hədəfdi yoxsa həvəs?

***

O yüzden 'bu halk' için hiçbir şey yapmam ben. Buna değer görmüyorum çünkü. Eskiden olsa 'Bu memleketi sen mi kurtaracaksın?' diyenlere, gururla 'Evet ben kurtaracağım! Neden olmasın?' derdim ama şimdi aynı soruyu soranlara 'Yapacağım en son şey, bu memleketi kurtarmaktır' diyorum.”

Bu sözlər, qabaqcadan türkçülüyə həvəslənən amma qabağına çıxan ilk problemə, ilk mənfi hadisəyə görə hər şeydən imtina etmiş Türkiyə türklərindən birinin sözüdür.

Həvəslənib türkçülüyə qoşulan belə gənclərin ən böyük xəyalı da, xaricdə yaşamaqdır. Bəs, vətən sevgin harda qaldı? Daşı, torpağı qızıl dediyin yurdunda nəyə görə yaşamırsan?

***

Aşırılıq, qarşıtını (ziddini) doğurar, sonra da onu bəslər. Vətən, millət sevgisinin aşırısı da belədir. Ona görə mən belə adamlara “duyğusal türkçülər” deyirəm. Bunlar, türkçülüyə həvəslənəndə hər şeydən imtina edirlər: özü kimi düşünməyən arxadaşlarından, ülküsünə uyğun gəlməyən mühitindən, arxa çıxmayan uruğundan (ailəsindən) və nəhayət ki, özündən... Həvəslənib tamam adını, kimliyini dəyişənlərin, həvəslərini itirdiklərində necə də qayıtdıqlarını çox dəfə görmüşəm.

***

Kim Türkiyəyə 'qardaş' deyirsə, o ən böyük səhvi edir. Kor oldum, bunca gerçəkləri görməzdən gəldim amma axır bunu deməliyəm ki, bizim Türkiyə adlı qardaşımız yoxdur.”

Bu da, Azərbaycan türklərindən birinin düşüncəsidir. O, Türkiyəyə getdikdən sonra bunları düşünüb. Çünki getməzdən qabaq, öz-özünə bir fantaziya yaratıb, həmin o fantaziya dünyasında da türkçülük ülküsünü yaşayıb. Axırda gerçəklərlə, reallıqlarla üzləşəndə də, ülküsünə olan sevgisini, nifrətə çevirib.

***

Türk milləti, aclıq-toxluq nədir bilmirsən. Bir doysan, bir daha aclıq baradə fikirləşmirsən.”

Millət eyni millətdir, bu sözü Bilgə Xaqan yüz illərcə bundan qabaq desə de, dəyişən heç bir şey yoxdur. Amma o, yenə də millətinin xəyrinə işlədi. Çünki onun bir hədəfi var idi.

Haqqında edam qərarı verilən Atatürk də, “onsuz da məni xain elan ediblər, bu xalq üçün heç nə edə bilmərəm” desəydi nə olardı? Amma o, yenə də millətinin xəyrinə işlədi. Çünki onun bir hədəfi var idi.

***

Həvəs və hədəf.

Əgər, özünüzə faydalıdır deyə bu işə girişmişsinizsə, deməli bu sizinçün həvəsdir. İrəlidə xəyrinizə olmayan bir variant çıxanda, edəcəyiniz ilk iş, ülkünüzdən imtina etmək olacaqdır.

Mən türkçülük üçün bunu bunu etdim amma qədrimi bilmirlər”, ya da “Mən türkçüləri nəzərdə tutaraq bu işə qoşuldum amma heç biri arxa çıxmadı, heç biri dəstək olmadı” kimi sözlər, əslində sizdə həvəs olduğunun qanıtıdır (sübutudur).

Mövcud dəyərləri, ən yüksək səviyyəyə qaldırmaq hədəfdir. Onlar barədə sitəm etmək, üsyan çıxarmaq deyil.

Bu günləri əlimizdə üç ağac varsa, bizim hədəfimiz, bu ağaclardan istifadə edərək məşə yaratmaqdır. Ağacların və üstündəki yemişlərin (meyvaların) azlığından şikayet etmək deyil.

Hiç yorum yok:

Yorum Gönder