Sizi bilmirəm ancaq mən uşaqkən yuxudan duranda ilkin böyüklərimin yanına qaçır, gördüyüm röyanı anlatmasını, başa salmasını demeli yozmasını istəyirdim. Hətta nənəm mənə röya görəndə bu sözü işlətməyimi məsləhət görürdü: "Yusifin gördüyü, Yaqubun yozduğu röya olsun." Mənə həmişə maraqlı gəldiyindən yekələndə də röya yozma kitablarına müraciət edirdim.
Deməyim odu ki, yozmaq sözü elə uşaqlıqdan qulağımda qalıbdır. İlginc olan da odu ki, yozmaq sözü röyadan başqa heç yerdə işlədilmir.
Əski dildən günümüzə səs əvrilmələri, dönüşmələri olubdur. Bunlardan biri [r] səsinin [z] səsinə dönüşməsidir. Örnəyin ör sözü olubdur öz, yar sözü olubdur yaz.
Yeri gəlmişkən onu da deyim. Əskidən daşı, qayanı yararaq, ora nəsə bir şəylər yazırdılar. Deməli bu işin adı olurdu yarmaq. Bu sözsə r > z dönüşməsiylə bu günlərdə yazmaq olaraq işlədilir. Yarı olubdur yazı. O günləri nəsə bir şəyi yararaq yazırdıq, bu günləri isə elə düyməyə basıram öz özünə yazır. :) Kəyfdi dəə.
Yarmaq bir yana bir də cırmaq var. Dilimizdə şap diyəndə çox, şıp deyəndə daha yüngül həsab olunur. Hah deyəndə qalın, hıh deyəndə incə, yüngülvari olur. Yəni içində [a] varsa qalın, [ı] varsa incə bilinir. Ona görə də yar- deyəndə çox, yır- deyəndə daha az nəsə yarılır. Dönüşmələrdən biri də [y] səsinin [c] olmasıdır. Bugünləri biz yol deyərkən Qırğızlar col deyir məsələn. Onda yır- olubdur cır-. Sözsüz ki yarmaq cırmaqdan daha böyük işdir. Burada qutarmadı: cır- sözüdə olubdur cız-. Nəyə görə olduğunu yuxarıda dedim. Bu söz də Anadoluda incəlib olub ciz-, sonra çiz- kimi formalaşıbdır.
Söhbət ondan gedir ki, yoz- sözü əskidən yor- kimi işlədilirdi. Türkiyədə bu günləri yorumlamaq deyə işlədilən söz, Azərbaycanda şərh, rəy kimi bilinən qarşılıqları ilə istifadə olunur. Halbuki yorumlamaq ilə yozmaq eyni sözdür. Türkiyədə r > z dönüşməsi hələ olmayıbdır ancaq Azərbaycanda bu əmələ gəlibdir.
Deməyim odu ki, yalnızca olaraq röyaları yozmayağın, nəsə bir düşüncəni, bir görüşü də yozağın, yozumlayağın.
Hiç yorum yok:
Yorum Gönder