DAŞLAŞMIŞ SÖZLƏRİ AYIRMAQ OLA BİLMƏZMİ?

Deyirlər "daşlaşmış sözləri ayırmaq ola bilməz.” Onda “neyə görə ola bilməz?” deyə soruşanda da “ola bilməz dəəə!” deyib qoyurlar. Axı belə də elmi söhbət ola bilməz!

Daşlaşmış söz dedikdə “barış, savaş, gözəl, yuxarı” kimi sözləri başa düşürük. İndi “qardaş” sözünü neyə görə ayırmayaq? Yeniyetməler bilsə ki, eyni qarında yaşayan demekdir, pismi olar? Belə olan da uşaqlara da maraqlı gələr dilimiz. Bir şəy ki maraqlı oldu, o inkişaf edər. Deməli dilimizin inkişaf etməsini istəyirsənizsə belə şəylərə dal çəvirməyəcəksiniz. Söhbət daşlaşmış sözlərdən getdiyinə görə elə indi bir nəçə sözü özüm ayrışdırım, görək maraqlı olur yoxsa yox?

***

“Qardaş” sözünün sonundakı “-daş” ortaqlıq anlayışı verən şəkilçidir. Onun yaranması da “-da eş” sözündən gəlir. “Eş” sözü bugünləri Türkiyədə işlənsə də bizdə unutulub. Həmin sözün “eyni, birgə” kimi anlayışları var. Söz başındakı “qar-” nitq hissəsinin kökü isə “qarın”dan gəlməkdədir. Qarın + da eş : qarındaeş. Daha da əsgidən “karında eş” kimi idi. Deməli “eyni qarında yaşayan, eyni qarından doğulan” deməkdir. Amma indiki vaxtda sadəcə olaraq oğlan uşaqlarına qardaş deyirlər. Bu sözün anlayışı gödəkləşibdir. Çünki qız uşaqlarına da qardaş deyilə bilər. Yenə də Türkiyədə öz mənasını saxladığına görə gerək qız, gərək də oğlan uşaqlarına “karındaeş” sözünün o birisi  forması olan “kardeş” deyirlər. Bunun kimi “kişi” sözü də bizdə gödəkləşibdir. Əslində “nəfər, insan” demək olan söz, Türkiyədə qadınlarda da istifadə olunmaqdadır.

***

“Ovuntu” sözünün kökü “ov”dur. Sonundakı “-untu” şəkilçisi “üzüntü, qırıntı” kimi sözlərdə istifadə olunan feldən isim düzəldən “-ıntı4” şəkilçisidir. Əsgidən “ovlanmağa” çıxıb çiyinlərində geyik, ceyran gətirən igidlərin yanında əlində dovşan ilə qayıdanlar üçün belə bir anlayış yaranıbdır.

***

“Gözəl” sözünün kökü “köz”dür. Əsgi dildən günümüzə [k] > [g] dönüşümü olmuşdur. Örnəyin kəl olub gəl, kara olub qara. Onda köz olub göz. Sonra da isimdən isim düzəldən “-əl” şəkilçisi qəbul edibdir. Bu söz “gözə xoş gələn” anlayışındadır.

***

Ən çox qarşı çıxılan iki daşlaşmış söz: barış və savaş. Barış sözünün kökü bu gün “var-” olaraq istifadə etdiyimiz, əsgi dildə “bar-” olaraq işlənən feldir. Əskidən günümüzə [b] > [v] dönüşümləri vardır. Örnəyin, eb sözü olub ev, ber sözü də olub ver. Ona görə də bar sözü var olmuşdur dilimizdə. Sözün sonundakı “-ış” şəkilçisi feldən fel düzəldən şəkilçidir. Barış sözünün günümüzdə varış olması gərəkər idi ancaq eləcə qalıbdır. Belə olan sözlərə “donuq söz” (frozen word) deyilir. Varışmaq, deməli birbirinə gedib gəlmək. Çünki insanlar (ya da ordular) ancaq barış olanda birbirlərinə gedib gələ bilərlər. Savaş isə tamam bunun tərsidir. Savmaq feli, başından atmaq, uzaq tutmaq deməkdir. Sovurmaq sözü də buradan gəlir. Onsuz da ordular savaş olanda birbirlərini savmaq, sovurmaq istəyir ya da dava dalaş olanda hansıkı insanlar qarşısındakını başından uzaq tutmaq, sovurmaq istəyir.

***

Yön bildirmə üçün dilimizdə qullandığımız “-garu4” əki (şəkilçisi) vardır. Daşlaşma üzrə ən gözəl örnəklər elə bu ək üzərindən verilə bilər. İl +gərü > ilərü > iləri (türkiyədə) > irəli (azərbaycanda).

“Yuxarı” sözünün kökü “yük”dür. Sözü gedən yön bildirən ək qoşulanda belə olur: yükgərü > yukqaru > yukaru > yuxaru > yuxarı. “Yüksək” sözü də həmin “yük” kökü ilə əlaqəlidir. “Uca” sözünü də sözü gedən kökə söykəndirmək olar. Əsgi dildən günümüzə bəzi [y] səsilə başlayan sözlərdə [y] səsi itər. Onda “yücə” sözü öncə “ücə”, ardınca da qalınlaşıb “uca” olub. Ancaq Türkiyədə hələ qədim forması olan “yücə” kimi işlənir.

Bu günləri [ş] səsilə işlədilən bəzi sözlər qədimdə [lç] ilə deyilirdi. Örnəyin “yaşama müddəti” anlayışındakı “yaş” sözü qədimdə “yalç”, “baş” sözü də “balç” idi. “Ölçmək” sözü də örnək verilə bilər ancaq bu söz qədimdəki formasını saxlayıbdır. O biriləri kimi dönüşsəydi bu günləri “ölç” yox “öş” deməli olacaqdıq. Bunun kimi “alç” sözü isə həm qədim formasını saxlayıb həm də dönüşmə keçirib: alç + garu > aşqaru > aşğaru > aşağu >aşağı. Bununla yanaşı “alçaq, alçaltmaq” kimi sözlərdə qədim formasını görmək olar.
Sözü gedən ək üzrə bir neçə örnək daha verib qutaraq: dışqaru > dışğaru > dışğarı > dışarı. Bununla yanaşı “içəri” sözü də örnək verilə bilər:  içgərü > içyərü > içyəri > içəri.

2 yorum:

  1. Nədən Siz bütün sözlərin məna və çalarını oemanlı türkcəsində axtarmağa çalışırsınız anlamıram.*Uca*sözünün açmasını *uc* kəliməsilə yox,*yücə* kəlmiməsilə bağlamaq nə qədər düzgündür Sizcə.Bildiyiniz kimi osmanlı türkcəsinin danışıq və yazı diliəsasən İstanbul ləhcəsinə,yəni ki,şəhər ləhcəsinə uyğunlaşdırılarq təhrif edilmişdir.Bir çox bğlgələrdə *ana* deyildiyi halda *annə*,*anne*kimi,*ağabəy*i *abi*,*nənə*ni *anaanne* kimi yazıb,işlədərək dili təhrif edirlər.Mənə elə gəlir ki,Sizlər burada daha çox bu kimi məsələləri araşdırmalı və hər bir Türk kəlməsinin kökünü arayarkən həqiqətə söykənməlisiniz.(Sayqılar və hörmətlər Sizlərə)

    YanıtlaSil
  2. Mən sözləri Osmanlıda yox, Göytürklərdə axtarıram. Orxan abidələrində, Yenisey abidələrində, Divanı Lüğətit Türkdə...

    *** Sözlərin təhrifinə gələndə, bir neçə sözə görə bütün dili ümumiləşdirməniz səhvdir. Azərbaycan türkcəsində /ı/ səsilə söz başlamaması, `çınar` əvəzinə `çinar` deyilməsi kimi çoxlu təhrifdən danışa bilərəm.

    YanıtlaSil