Bir kəlməni, sözü yox etmək
olarmı?
Fikirləşirik...
Dostum deyir: “Hə, olar”.
Mən qarşı çıxıram: “Yox! Ola
bilməz. Unutmaq olar, amma yox etmək olabilməz”.
***
Sözlər, sadəcə olaraq yaddaşlardan
çıxır. Bir söz, başqa bir sözlə əvəz olunur. Məsələn “us”
sözünü, biz “ağıl” sözü ilə əvəzləmişik. Ya da deyə
bilərim ki, “kalık” (qalıq) sözü əvəzinə, biz bu günləri
“hava” sözündən istifadə edirik. Nümunələri həddindən
artıq artırmaq olar, amma demək istəyirim ki, söz yox olmur,
sadədə unudulur.
Unudulan şeyi də, təkrardan yada
salmaq mümkündür. Farsların böyük əsəri Gülüstanda bunu
görürük. Fars dilində unudulan minlərlə sözü yenidən aktual,
güncəl duruma çıxarmağı bacardı. İsraillilər, hardasa 7 min
sözdən ibarət olan İbranicəni, müstəqillik qazanandan sonra 70
min sözə qaldırdılar. Unudulan sözləri yada salmaq qıraqda
dursun, həmin sözlərlə bir də yeni sözlər yaratdılar. İndi
100 mindən artıq söz əhatəsi var.
Bəs biz?
Biz də dirildə bilərik. Məsələn,
“tanımaq” sözü ilə bir kökdən olan “tanuq” sözünü,
biz bu günləri “tanıq” formasında “şahid” mənasında
yada sala bilərik. Yaxud, ilk müsəlman Türklər olan
Qaraxanlıların tərcümə etdiyi Quranı Kərimdə, bir çox dini
söz gedir, bunları da xatırlayıb dilimizdə işlətmək olar.
Beləliklə, “namaz” əvəzinə “yükünç”, “Quran”
yerinə “Oxuqu” (əski forması – okıgu) deyə bilərik.
***
Düşünürəm...
Bəlkə də mən səhv deyirəm!
Bəlkə də bir sözü yox etmək olar.
“Qarında eş” (deməli eyni
qarında bərabər [eş] olan) mənası ilə qədim tarixdə
dədə-babalarımız “karında eş” sözü kimi istifadə
edirdilər. Buna oxşayan “arxada eş” (arxalarını, sırtlarını
bir-birinə söykəyərək döyüşənlər üçün deyilirdi),
“əməkdə eş” və s. sözlər də yaranıb işlətildikdən bir
müddət sonra, birgəlik anlayışı verən şəkilçi də yarandı:
-dAş. Onda, “qarındaeş” oldu “qarındaş”, “arxada eş”
oldu “arxadaş”, “əməkdə eş” oldu “əməkdaş”...
Həə, deyirdim bəlkə bir sözü yox
etmək olar. Qayıdaq...
“Karında eş” oldu “qarındaş”.
Sonra qısalıb oldu “qardaş”.
Tənbəllikdən “qardaş” sözünü
də deməyə ərinənlər, “qaqaş” formasına çevirdi.
Bundan ürəklənən bir neçə igid,
“qaqa” sözünü də yaradıb, camaat arasında yaydı.
Ona görə də mən, irəlidə “qaqa”
sözünün də qısalacağını və əvvəl “qaq”, sonra “qa”,
ardından “q” və nəhayət ki yox olacağını gözləyirəm.
Bəlkə də...
Əgər biz bunu uğurla başa
çatdırsaq, dünyada bir sözü yox edən ilk toplum kimi bilinərik.
Bizim Türkiye Türkçesi'nde "arkadaş"ın, gençler arasındaki söylenişi "aakaş"a doğru gidiyor. "Güle güle", "hoşçakal", "Allah'a ısmarladık", "sağlıcakla kal" vb hep kalkdı ve gençler kısaca "bay (bye)" diyor.
YanıtlaSilDemek ki unutuluş ve yok oluş var.