TÜRKLƏR BİR ARADA YAŞAYA BİLMİR

Oturub durub deyirik ki, böyük türk birliyi yaranacaq.

Gələcəyə yönəlik ümidli olmaq yaxşıdır amma fikirləşilməsi lazım olan mövzular var: Türklər bir arada yaşaya bilirmi?

Tarixə baxanda, bir dəfəlik də olsa böyük dövlət yaratmışıq. Bütün türkləri qurd başlıqlı bayraq altına saxlayan Göytürk imperiyasından danışıram.


İki qardaşın (Bilgə Xaqan və Gültəkin) öz fərdi həsablarına görə olsa da biz bir yerdə olmuşuq. Bəs, sonra? Qardaşlar uçmağa varandan (rəhmətə gedəndən) sonra nə oldu? Niyə birdən-birə birlik dağıldı?

***

Türklər, tarixdə ən çox özləriylə müharibə etmişdir.

Bu tarixi fakt, hələ də davam edir, türklər bir arada yaşaya bilmir.

Bundan iki il əvvəl qırqızlar, yanlarında yaşayan soydaşları olan özbəkləri yağı əsqəri kimi görüb, onlarla savaşaraq ölkərindən çıxartdı.

***

Göytürklər cəmi bir insan ömrü qədər yaşadı. Qardaşların ölümündən sonra ayaqlanmalar, üsyanlar baş verdi. Ən böyük üsyanı da özümüzünkülərdən olan uyğurlar başlatdı. Axırda da imperiyanı parçaladılar.

***

Paxıllıq mövzusunda da söz yazmaq istəyirəm.

Bugünləri QKTC vətəndaşı olan qıbrıslılardan, Anadolu türklərinə nifrət edənlər var. Onların Avropa ilə olan bağlantılarını kəsibmiş... İnkişaflarının qabağını alıbmış... O qədər şeylər deyirlər ki, həqiqətən də fikirləşirsən ki, Türkiyə Qıbrısa əsqər göndərməklə səhvmi elədi?

Bir paxıllıq vəziyyəti də, dil məsələsir. Biri deyir mənim dilim yaxşıdır, digəri deyir yox mənim dilim daha yaxşıdır. Daha bu mövzunu həll etmemiş, əlifba birliyi olsun istəyirik. Hələ əlifba mövzusuna heç girmək istəmirəm. İndi hər türk xalqının özünə məxsus əlifbası var. Söhbət sovetlərin əlifbaları bölməsindən getmir. Müstəqillikdən sonra öz-özümüzə keçdiyimiz latın qrafikasında belə vahidliyin yaranmamasından danışıram.

Qaspıralı İsmayıl bu faktlara görə "Dildə, fikirdə, işdə birlik" sözünü deyib.

Nə dilimiz birdi, nə fikrimiz, nə də ki işimiz.

Hər şeydən əvvəl, bir arada necə yaşaya biləcəyimiz barədə düşünməliyik. Necə?

1 yorum:

  1. Yeni öğrendiğimize göre Göktürk devleti değilmiş adı, Türk devleti imiş. Bayrağında da kurd değil keçi varmış. Kurd, devletin sancağında varmış.

    Geçenlerde bu Türk devletinin 1500 yıl önceki bir kayıp mezarı ortaya çıkarılmış, onunla ilgili bir belgesel film izledik Türkiye'deki bir televizyon kanalında. 25 metrelik duvar resmi, çok başarılı insan ve hayvan heykelleri ile gayet gelişmiş bir uygarlık olduğunu gördük.

    Konuya dönecek olursam, haklısınız, Türkler bir arada yaşayabilemez. Çünkü aynı ülke içindekiler bile bölünmüş durumda. Farklı sınıflara, farklı yaşama biçimlerine, ideolojilere ve fikirlere... Ama yine de bir Türk birliği denenmeli. Kültürle, sanatla, dille sınırlı da olsa bir birlik olabilir. Böylelikle kendi kültürümzü, dilimizi ve tarihimizi daha iyi öğrenebiliriz ve bilince çıkarabiliriz. Bundan daha fazlası olabilir gibi pek görünmüyor.

    YanıtlaSil