ANADİLİMİZDƏKİ MƏNTİQİ SƏHV

Belə bir məktub aldım:

Hörmətli Göybəy müəllim! Sizə bir sualım var. Xala oğlum mənə belə bir məntiqi səhv tapdığını dedi. Məncə bunun düzgün bir açıqlaması olar. Dediyinə görə, "heç kim məktəbə gəlmədi" cümləsində heç kimin məktəbə gəlməməsi, yəni hamının məktəbə gəldiyini bildirir. Deməli iki mənfi söz, bir müsbətə çevrilir. Həmdə ki, bu, riyazi bir sübutdur. Əslində haqsız da sayılmaz. Sonra da bunu dedi: "İngilis dilində bunlar daha aydındı, everyone, noone, anyone..." Özü nə qədər inkar etsə də, bir ingiliscə həyranlığı var. Mən də anadilimizin çox gözəl bir dil olduğunu və çox vaxtları bəzi sözlərin əsrarəngiz olduğunu fikirləşirəm. Nə isə... Mənə görə, "kimsə"nin mənasından əsaslanan üç mənfilik ola bilər. Buna bir açıqlıq getirə bilərsinizsə, sevinərəm.

***

"Heç" sözü Fars dilindəndir və dəqiq mənası "boş" deməkdir. İşlədilmə sıxlığından dolayı, mənası genişlənmişdir ancaq, özlüyündə həmişə "boş" mənasını daşıyır.

"Kim + isə : kimsə"

Bu söz də belə əmələ gəlmişdir. "İstənilən biri" mənasını daşıyır. "Biri var, ancaq kim olduğu qeyri-müəyyəndir" kimi bir deyimin daşlaşmış formasıdır deyə bilərik.

"Heç kim" yaxud "heç kimsə" deyəndə, əslində "boş/olmayan/yox kim" demiş oluruq. Hetta "sıfır adam/nəfər" mənasına gəlir.

"Heç kim məktəbə gəlmədi"
"Sıfır adam məktəbə gəlmədi"

Sıfır adam/nəfər məktəbə gəlməyibsə, deməli hamı məktəbdədir, gəlib. Bu da açıqca məntiqi səhvdir. Xalaoğlu düzünü deyir.

***

Bu səhv anadilimizdə var, inkar etmirəm. Xarici təsirə görə var. "Heç" sözü anadilimizdən olsa idi, bunu bir əskiklik, bir zeiflik olaraq görərdik, amma bu, xarici təsir ucbatından olduğuna görə, qəbul etmirəm. Gün gələr, bu səhvi də dilimizdən iraq edərik. Necə ki, yad sözləri dilimizdən çıxarma cəhdini göstəririk, bu da belə. Dilin stabilliyi üçün bu gərəklidir.

Buna oxşayan bir başqa söz də, "əgər"dir. Əgərin gördüyü işi, onsuz da bizim +sA şəkilçimiz görür.

"Əgər o, bunu edərsə, mən də bunu edərəm" kimi bir sözləmdə (cümlədə) "əgər" sözünün işlədilməsi, gərəksizdir. O olmadan da şəkilçimiz öz işini görür. Fars dilindən bir gərəksiz söz daha: əgər.

"Heç" sözünü əvəzləyəcək yeni bir sözə gərək yoxdur. Necə ki, "əgər" sözü gərəksizdirsə, "heç" sözü də o qədər gərəksizdir və bir başa işlədilməmələri gərəkdir. Başqa cür, məntiqi səhvi düzəltməyin yolu yoxdur. "Var" deyən olsa, öyrənmək istəyərəm.

1 yorum:

  1. Sizin bu məntiq məsələnizdə tamami ilə səhv edirsiniz.

    "Heç kim məktəbə gəlmədi" deyəndə "kiminsə vəya hamının məkdəbə gəldiyi" mənasını vermir. Dəqiq olaraq kiminsə məktəbə gəlmədiyini ifadə edir. Ancaq cümləni quran adam səhv etdiyindən (çox güman ingilis heyranı olub ingilis dilinə uyğun çümlə qurduğundan) elə hesab edir ki, məntiqsizlik var.

    Birinci "Heç kim" ifadəsi deyildikdə "Hamı" deyil, gəlməli olanların (nəzərdə tutulanların) bir qismini əhatə olunur.

    İkinci məkan diqqət etmək lazımdı. "gəlməyib" sözü açıq-aşkar xəbər verən adamın məktəbdə olduğunu göstərir. Sıfır adamın məktəbə gəlməməsi hamının məktəbdə olmaması anlamını verməz. Bu məktəbdə heç kimin olmadığını bildiir.

    Üçüncüsü cümlə "Məktəbə heç kim gəlməyib" kimi qurulmalıdır.

    Qətiyyən məntiqsizlik yoxdur.

    Şükür Məhişoğlu

    YanıtlaSil