Ancaq öyrəndim ki belə deyildir. Turfan əl yazmalarının tapılmağından danışacağam sizə. Doğu Türküstanın (Uyğurların yaşadığı özərk ölkə) Turfan elində Alman araşdırmacılar bir tapınaqda əl yazmaları olduğunu necə olursa öyrənirlər. Oranın sorumlusu (rahib) onları vermək istəməyibdir. Çox uzun sürən bazarlıq sonucunda isə Almanlara əl yazmalarının gizlədildiyi sandıqları veribdilər. Demək, sandıqda saxlandıqlarına görə min ildi ki özlərini qoruyubdular. Almanlarsa bu yazmaları alıb, ölkələrinə aparıbdılar. İndilərdə Berlin Turfan Yazmaları Bəlgəliyində həmin əl yazmaları saxlanmaqdadır.
Almanlar bu yazmaların yalnızca %20-sini oxuya bilibdilər. Özəlliklə Uyğur dilində onumsal (tibbi) yazıların yer almağı sevindiricidir. Gəriyə isə %80 kimi çox böyük bir alan qalıbdır. Allah qoysa bunu da biz oxuyarıq.
Soğd damğaları ilə yazılan əl yazmalarının bir özəlliyi də yuxarıdan aşağıya doğru yazılmalarıdır. Ünlülər (saitlər) hər zaman yazılmır. Ərəb dili kimi yerinə görə 3 ayrı halda yazılmalıdır. Belə belə xüsusiyyətləri də var. Türk dilinə heç bir dəxli olmayan bu əlifba ucbatından yazmaları oxumaq çətinləşibdir. Ancaq heç vaxt oxunmayacağı mənasına gəlmir bu.
Mən indi gənc həvəskarları, mütəxəssis araşdırmacıları bu əl yazmaları haqda işləməyə çağırıram: Gəlin %80-ini araşdırılmağı gözləyən əl yazmalarımızı oxuyağın.
Aşağıda həmin yazmalar haqda bir neçə bədiz qoyuram ki, belkə sizi maraqlandırar. İlgisini çəkələr üçün də bir neçə bağlantı verim:
http://www.bbaw.de/forschung/turfanforschung/dta/
http://turkcesivarken.com/turfan-yazmalarini-okuma-calismasi/
http://uygurca.blogspot.com/
Böyük hallarını görmək üçün üstlərinə tıxlayın.




Hiç yorum yok:
Yorum Gönder