QURD BALALAYAN BÖCƏK

Hər bir millət özünə bir həyvanı simgə, simvol kimi aparıb. Örnəyin farslar arslanı, ərəblər qartalı götürübdür. Bizsə sözsüz ki özümüzü qurd kimi bilirik. Hətta Yaradılış Dəstanına görə qurddan törəmişik.

Araşdırmalara görə qurtlar, tək eşlidir. Deməli bir qurt, özünə yalnızca bir həyat yoldaşı aparır. Onun xaricində heç bir qurdla əlaqədə olmur. Həç bir qurda zencir bağlamaq olmaz, onlar azadlığı xoşlayırlar. Ona görə qurdu özünə tay eləyən dədə-babalarımız onun haqqında dəstanlar da əmələ gətirib. Tanrı, Asəna adlı qurdu göndərib və Türklərin anası kimi həsab eləyibdir. Ordu başındakı qomutan, özünü köök börü (göy qurdu) kimi adlayırdı. Göytürklər, Qaqavuzlar kimi bayraqlarında qurd figurunu işləyənlər də olubdur. Bu günləri isə üzük, orta və başbarmağımızı birləşdirib, işarə və sərçə barmağımızı havada tutanda qurd simvolu yaradır və özümüzü Türkcü kimi görsədirik.

Ancaq maraqlı olan odu ki, əskidən qurd sözü yox, börü sözü işlədilirdi. Kəsin bilmirəm, nəyə görə bu söz tərk edilib? Belkə də qutsal bilənən həyvanın adı, bir müddət sonra tabulaşıb, deməli söylənməyi uyğun görülməyib, yeni söz törədilibdir.

Birdə ki qurdcuq sözü var. Qurd sözünə qoşulan kiçiltmə əki -cuq4 ilə yaradılıb. Ancaq əskidən börü sözü işlədilirdi. Bu sözə kiçiltmə əki qoşulanda börü+cük: börücük yaranar. Zaman ötdükcə [r] səsinin itdiyini bilirik. Örnəyin nədir yazıb nədi deyirik. Beləliklə börücük öncə bööcük sonra da böcük kimi formalışıb. Bu söz Anadoluda hələ də işlənsə də yazı dilində daha çox böcək kimi bilinir.

İndi kim mənə deyəcək? Qurdcuq ilə böcək sözləri nəyə görə qurd ilə börü sözlərindən düzəldilibdir? Bunların birbirinə nə dəxli var?

Hiç yorum yok:

Yorum Gönder