OQEDAY

Məni əski damğalarımızla deməli Göytürk hərfləriylə ilgiləndirən, onun haqqında bu qədər araşdırma aparmama yol verən olayı danışmaq istəyirəm.

Çingiz Xanın dört oğlu vardı: Cüci, Çağatay, Ogəday, Tulu. İndi bunlar bir qıraqda dursun,  sizə əski damğalarımızdan bir iki xırdalıq deyim.

Damğalarımız şəkillərdən, nəsə bir hərəkətdən əmələ gəlmişdir. Örnəyin ox nəsnəsindən oxa oxşayan damğa (hərf) törədibdilər. Ay-dan aya oxşayan, ər-dən (əski dildə ər sözü insan, əsqər anlayışındaydı) ərə oxşayan damğalar yaradılıbdır. Bu qayda hardasa bütün dillərdə eynidir. Bədizlə anlatılanda daha yaxşı başa düşülər:

Türkiyədə oktay, bizdə oqtay kimi işlənən söz mongullarda oqəday kimi işlənir. Fars dilində də اوگتاى قاآن (oqtay qaan) kimi bilinir. Ox sözü olub oq, at da olub əd (bu incəlmə deməli [t] səsinin [d] olmağı dilimizdə sürəkli olan işdir, örnəyin təmir > dəmir...) ay sözü isə deyişməyibdir. Beləliklə oxatay sözü oqəday sözünə çevrilib. Onda, "Çingiz Xanın oğullarından Oqədayın əsas adı Oqtaydır" demək olar.

Bax belə, damğalarımız sayəsində sözləri xırdalamaq, haqqında araşdırma aparmaq necə də qolaylaşır. Oqəday sözünün Oktay (ox-at-ay) sözündən əmələ gəldiyini və damğalarla yazılanda hardasa ikisinin arasında heç bir ayrı-seçkinin qalmadığını görəndə çox maraqlanmışdım. Elə buna görə də mənim damğalara olan sayğım artıb və sürəkli onlarla ilgilənmişəmdir.

Hiç yorum yok:

Yorum Gönder