YAHŞİ CAZİBE VƏ TÜRKİYƏDƏKİ AZƏRİCƏ VERİLİŞLƏR

2010-cu ildə Türkiyənin ATV telekanalında verilişə başlayan və hələ də yayınlanan Yahşi Cazibe adlı serialda Azərbaycandan Türkiyəyə gedən Cazibə Abbasova adlı gəlinin yaşadığı olaylardan danışılır.

Cazibə, Türkiyədə işləmə icazəsi və vətəndaşlıq almaq üçün saxta bir evlilik eləyir. Evləndiyi saxta əri ilə birgə yaşayırlar və birbirlərindən xoşları gəlir. Olaylar da bundan sonra baş verir.

Dizinin ilk bölümləri yayınlanan da Azərbaycandan mənfi tənqitlər eşidildi. Öncələri  heç bir Azəri qızının belə iş görməyəcəyini dedilər. Sonra, həmin dizidə Azəri xalqı elə salınır dedilər. Bir müddət sonra da qızın, Azərbaycan dilini yaxşı danışamadığını dilləndirdilər.


Qızın əvvəllər yaxşı danışamamağının nədəni Türkiyəli olmasıdır. Azəricə-Türkcə qarışıq danışmağının nədəni də izləyənlərin başa düşmələri üçündür. Dizi, hər şeyə qarşın çəkilişlərini sürdürdü və indi də qarşılığını almağa başladı. Bu hər zaman belədir: Öncə söyərlər sonra öyərlər.

Bu günləri həmin dizi sayəsində Türkiyədə Azərbaycan Türkcəsi gündəmdədir. Camaat öz arasında Azərbaycan ləhcəsində danışmağa çalışır, yalnızca Azərbaycana məxsus olan Türk sözlərindən istifadə edir. Örnəyin kök öz sözümüzdü ancaq Türkiyədə havuç kimi işlədilir. Artıq demək olar ki, kök sözünün havuç anlayışında olduğunu da bilirlər. Ən yaxşısı da odur ki, artıq Azərbaycan dili Türkiyədə də dəqiq başa düşülür duruma qalxıbdır.

Bu dizilə yanaşı, Çocuklar Duymasın dizisində ata kimi oynayan Haluk xarekteri de bəzən Azərbaycan ləhcəsində danışır. Üstə gəl Yarım Elma dizisi. Sözü gedən dizidə də tikintinin qulluqçusu bir Azərbaycanlıdır. Maraqlı dizilərdən biri olan Binbir Gecedə də Azərbaycanlı bir qadın öz yerini almışdı. Kurtlar Vadisindəsə Nazır adında bir hərbçi bir neçə bölüm Polad ilə birgə döyüşmüşdü. Cem Yılmazın son kinolarından birinə yaxşı sözümüzdən düzəldilmiş Yahşi Batı adı verilmişdi. Bunlara elavə olaraq bir çox reklamda da Azərbaycan dilindən istifadə edilmişdir. Örnəyin saqqız markası olan Nazar və toyuq əti satan Şenpiliç firmalarının reklamında Azərbaycan dili danışılırdı.

Son söz olaraq deyə bilərəm ki, biz yenə eyni səhvə düşmüşük: məyvə verən ağacı daşlamışıq. Reklamın yaxşısı pisi olmaz, qoyun ləhcəmiz tanınsın.

2 Yozum:

  1. Medyanı izliyenlerinin yuzde neçesi bunu sizin yazdığınız "qoyun ləhcəmiz tanınsın" kimi algılıyır onada baxmax lazım! gülüp geçirler ve ya düşünürler??

    genelde size gatılıram :) ama bezende Azerbaycan Türkçesinin tanıttırmax için değil başqa hedefle Azerbaycan dilini medyada gösterirler bundan şubhemiz olmalımıdır diye düşünürem.

    Türkiyede dil qurumlarının Azerbaycan Türkçesini ne geder doğru ve duzgun anladıxları başqa, Medyanın Türkiye xalgının beyninde Azerbaycan Türkçesine garşı ne soxmaya çalıştığıda başga mesle!

    hoşuma gidiyormu yoxsa xoşuma gelirmi?
    hangisi daha doğru? :)

    weblogının için teşekkür edirem.

    YanıtlaSil
  2. Biz AZƏRİ deyilik!!!!!! NE dilimizz AZƏRİ dilidir nə də millətimiz...Milliyətcə TÜRKÜK, DİLİMİZDƏ TÜRK dilidir...azəri sozunun bize hec bir dexli yoxdur. AZƏRBAYCAN TÜRKÜ deyin qisa demək istəyirsiz Azər deyin day azəri YOXX!

    YanıtlaSil