AZƏRBAYCAN TÜRKCƏSİNDƏ DƏ -YOR ŞƏKİLÇİSİ VAR!

Azərbaycan Türkcəsində indiki zaman şəkilçisi olaraq -ir4 dən istifadə olunur. Sonu saitlə qutaran sözlərdə isə araya \y\ bitişdiricisi girir və -yır4 şəkilçisi də yaranmış olur.

Türkiyə Türcəsində isə indiki zaman şəkilçisi olaraq -yor dan istifadə olunmaqdadır. Belə olanda söz kökü eyni olan kəlmələrdə bilə fərqliliklər yaranmaqdadır.

Gəlir, oxuyur, gözləyir, qalır
Geliyor, okuyor, gözlüyor, kalıyor


Irq Bitigin 24-cü ırqında[1] keçən tiləyür sözünə təsadüf edirik.

Söz başındakı t > d dönüşmələri Oğuz dillərində bir qayda kimi aparılmaqdadır. Ona görə tiləyür sözü diləyir sözünün tamam özüdür. Bu barədə bir nəçə nümunə daha verim:

tıl > til > dil - təmür > təmir > dəmir - tikən > dikən

Əski dildə var olan bu -yür şəkilçisinin kökəni yeriməkdən gəlir. Bu gün üçün Türkiyənin batı şəhərlərində yerləşənlər və Özbək Türkləri buna oxşayan bir sözdən deməli dayanmaq mənasındakı durmaq sözünün əski forması olan turmaq-dan istifadə edirlər. Məsəl üçün: gəlip turıng

Onda Azərbaycanda səs deyişmələri belədi:

gələ yörür > gələyör > gələyür > gəliyir > gəlir

Bir vaxt sonra yörümək (yerimək) sözünün sonundakı -ür sözü itibdir. Gələ sözünün sonunda yerləşən \ə\ səsi də, özündən sonra gələn gəniş \ü\ saitini daraltıb \i\ səsinə döndərib. Göy Türklərin əlifbasından da aşkardı ki, \ü\ ilə \ö\ səsi o vaxlar birbirindən ayrışa bilmirdi və çoxluqla birbirlərini əvəz edirdilər. Onda bir zaman sonra yörümək olub yürümək.

Türkiyədə isə yörür sözü qalınlaşıbdır. Bu hər vaxt olan işdir. Məsəl üçün bu gün Tanrı deyirik ama o əslində Təñri idi. Qırqızlar, Qazaqlar hələ də Tengri sözündən istifadə edirlər. Yörür > yorur səsi olanda yuxarıda dediyim kimi formalaşmalar Türkiyədə də olubdur. Onda beləliklə fərqliləşmələr yaranıbdır.

Bu söhbət Qaqavuz və Türkmənlərdən də gədə bilər. Çünki Türkmənlərdə indiki zaman şəkilçisi olaraq -yar2 dən istifadə edilərkən Qaqavuzlar da -ər2 dən istifadə edilməkdədir.

Deməli Oğuz Türklərində eyni şəkilçinin başqa başqa formalarından istifadə edilməkdədir.

_____________________________________
[1] Irq Bitig üçün Talat Təkinin “Eski Uygurca Fal Kitabı” səhifə 92-yə və Hüsəyin Namıq Orkunun “Əski Türk Yazıtları” kitabının 271-ci səhifələrinə baxıla bilər.

2 yorum:

  1. sayın Gökbəy Uluç Öy
    Türkyə türkcəsində yor şəkilçisi bir sorun olaraq durur. Dilimizdəki yür şəkilçisi onunla ilgisizdir. yor şəkilçisinin səs uyuşumu saitlərlə uyqulanmır, dilimizdə olan yür isə səs uyuşumuna görə dəyişməkdəymiş. o dönəmin yazılı litteratursının ərəb abcesində olduğu üçün saitlərin u yoxsa ü olduğunu seçmək olmur.
    yor şəkilçisinin qullanımında səsəuyuşumunun pozulması karakterik olduğu üçün əsgi azərbaycan türkcəsində olan "yür" son əkiylə qarşılaşdırılmaz.
    sayqılarımla
    Qaraçay

    YanıtlaSil
  2. -yor əkinə sorundur demək düz alınmaz. Əslində o sonradan şəkilçiləşən bir sözdür. Bunu da yuxarıdakı yazıda anlatmağa çalışdım.

    Bu günləri indiki zaman şəkilçisi olaraq qullanılan şəkilçilərin əmələ gəlmə qaydalarının hamısı birdir. Bu da -yür əkinədək gədir. Azərbaycanda da var deyərkən yəni kök olaraq var demək istədim.

    Ancaq ən düzgün formalaşan Azərbaycan Türkcəsindəki kimidir. Hər sözə görə uyğun sait gəlir. Bu çox yaxşıdır. Kaş bütün Türk dillərində belə forlaşasydı...

    YanıtlaSil