EBRU – DALĞIR SÖZÜNÜN MƏNBƏYİ


Ebru sənətinin haçan və kim tərəfindən tapıldığı dəqiq məlum olmadığına üçün, onun söz mənbəyi də bir o qədər qaranlıq qalır. Türküstanda Çağatay türkcəsində əbrə (ابره) olaraq adlandırılan bu sənət, Böyük ipək yolu ilə İrana keçir və bu yerdə də əbri (ابری) kimi tələffuz edilməyə başlanır. Fars dilində bulud mənasına gələn bu söz, həmin sənətdə icra olunan şəkillərin buluda oxşamasına baxılaraq əsaslandırıla bilər. Yenə Osmanlılar da əbri sözünü mənimsəyir və tələffuzunda bir balaca dəyişiklik keçirtərək ebru kimi formalaşdırırlar.

Ebru sözünün Türk mənşəli olması mübahisəli bir mövzudur. Çünki sözün ilk halı Sanskrit dilindəki abhrá अभ्र (yağış buludu) ilə örtüşür1. Abhra sözündəki saitlərin incəlib əbrə olması və Çağatay dilində işlənməsi yüksək ehtimaldır. Sanskrit dili ilə eyni mənbədən gələn Fars dilindəki abr أبر (bulud) sözü və abrī أبرى (bulud kimi, dalğalı) sözləri də bunu təsdiqləyir. Qaş mənasına gələn Fars dilindəki ebru sözünün sadəcə omonim olduğunu da qeyd edim. Hətta məcbur etməliyəm ki, bəziləri qaş sözünə mənbə verirlər ve ingilis dilindəki eyebrow (oxunuşu: eybru) ilə də ortaq sayırlar. Həmin söz ərəb dilində də حاجب العين hacib-ul eyn deməli göz çadırı, göz örtüyü kimi qədir və bu sözlər omonimlikdən başqa bir şey deyillərdir.
Ebru sözünə gətirilən başqa izahlardan yazmağa davam edirəm. Məsələn izahlardan biri də odur ki, ab-ı ru deməli su yüzü.2 Ab sözünün su mənasına gəldiyi aydın olsa da, söz sonundakı ru-nun mənbəyi qaranlıq qalır.

Hasanbəy Hadinin izahına görə isə3, eb sözünün yap (< yapmaq, örtmek, bürkütmek) ilə əlaqəsi var və ebrü < ebrük < yeprük < yapruq (bulutlu, bürkütlü) kimi formalaşıb.

***

Filolojik, deməli dilçilik sahasindən bir neçə məlumat verəndən sonra, ebru sözünə qayıdacağam.

Hal-hazırda işlətdiyimiz /v/ səsi, sonradan törəmə bir səsdir və qədim forması /b/ səsidir. Ona görə bu günlərdə işlətdiyimiz bir sıra sözlər, qədimdə /b/ səsi ilə işlədilirdi. Məsələn, ab > av > ov ya da bergü > vergü > vergi kimi sözleri artıqmaq olar. Bu qaydaya əsasən deyə bilərik ki, ev sözü sözü də qədimdə eb kimi kimi işlənirdi.

Ebru sözünə qayıdaq. Tutalım ki, ebru sözü bizim sözümüzdü, onda ebru sözünün bu günləri efru hətta səs bənzəşməsindən efri kimi işlədilməsi lazım idi. Çünki öbkə sözü əvvəl övkə sonra da öfkə kimi formalaşdığına görə, ebru sözünün də eyni yolu getməsi gözlənilməlidir. Dilimizdə bir səs çevrilməsi də buna əsaslanır, b>v>f. Anadilimizdə istisna vəziyyət hardasa heç olmadığına görə, uzaq başı evru olması lazım idi amma, deyil. Orxon abidələrinin yazıldığı vaxtda /b/ səsi vardı, o cümlədən Mahmud Qaşqarinin Divanı Lüğətit Türk kitabında4 da va وا sözündən başqa /v/ ilə başlayan sözü yoxdur və /v/ səsinin ilk nümunələrini 1500-cü illərdəki Osmanlıca əsərlərdə görürük. Bütün bunlara baxaraq deyə bilərəm ki, ebru sənətinin ilk yarandığı dövrdə, deməli IX-X əsrlərdə ebrə sözü ancaq ev ilə əlaqəli nəsə bir şeyi ifadə edə bilər. Ev sözünün də sənət ilə heç bir əlaqəsi yoxdur. Bu baxımdan ebru sözü Türk dilinə ait deyildir.

Sözün Türk dilinə ait olmaması, onu bir başa başqa millətdən öyrəndiyimiz mənasına gəlmir. Nəyin ki, qədim vaxtdan, indiki dövrdə belə, yeni nəsə bir şey tapanda, ona bir başa xarici dillərdəki sözlərdən ad düzəldirik. Bu baxımdan, həmin sənəti kimin taptıdığı qeyri-müəyyən olsa da, dədə-babalarımızın yaşadığı ərazilərdə yarandığını bilirik. Ehtimal ki, ərəb-fars təsirinin həddindən artıq səviyyədə yüksək olduğu dövrdə, yeni yaranan bu sənətə, dəbdə olan xarici dildən söz götürülərək ad düzəldilib.
***

Türkiyənin Amasya və Tokat şəhərlərində işlədilən və Türk Dil Qurumunun Dərləmə Sözlüyünün 4-cü cildində yazan dalğır sözündən də yazacağam.

Dalğır, rəng dalğalanması nəticəsinda yaranan parlaqlığı ifadə edən sözdür. Türkiyə türkcəsində işlədilən haremeneviş sözlərilə də anlamdaşdır. Hare, dalğalanmış kimi görsənən parlaq xətləri ifadə edir. Meneviş də, su üstündə yaranan dalğalı rəngləri izahda işlədilən sözdür.

Hare sözü, səs ahenginə uyğun düşmədiyindən öz dilimizdən deyil. Anadilimizdə /m/ səsilə başlayan (mən, min xaric olmaqla) bütün sözlər yaddır ve meneviş sözü də beləliklə bizə ait olmur. Anlamdaş bu üç sözdən geriyə dalğır sözü qalır və bu söz, dalğa sözünün də mənbəyi olan dal- (sallamaq, çalxalamaq, çırpmaq) felinə qoşulan +gUr şəkilçisilə yaranmışdır.

***

Türkiyəli gənc bir ebru həvəskarı olaraq mən, 2010 ilindən bəri dalğır sözünü işlədirəm. Əgər bu sənət mənim isə, əgər bu sənət dədə-babalarım tərəfindən yaradılıbsa, onda mən də öz dilimdən bir söz ilə bunu çağırmalı, adlamalıyam deyə düşündüm.

Dalğır sözü, mənasına baxanda Fars dilindəki bulud kimi mənasına gələn ebri sözündən daha yaxşı izah edir sənəti. Arxivçiliyimiz pis olduğuna görə, dəqiq bilmirik. Belkə də Tokat və Amasiya şəhərlərində elə bir başa ebru sənəti üçün dalğır adı yaranıb. Ehtimaldır.


___________________________________

Hiç yorum yok:

Yorum Gönder