QUTSAL SÜD

Süd, doğma dərman içkisidir, heyatdır, candır. Anadan doğulanda ilkin süd içirik. Həkimlər ən azı altı ay içilməyini şərt bildirirlər. Südü çox içənin yaddaşı güclü, bədən quruluşu əla olarmış.

Ancaq mənim əsl maraqlandığım südün Türklərdəki mühüm yeridir. Çünki, bu günləri süddən əmələ getirilən hardasa bütün məhsulların hamısı Türk mənşəlidir. Qatıqdır yeyirik, pəndirdir çörəyin arasına qoyub çayla içirik, ayrandır dönərlə birgə içirik. Bunlarla yanaşı kəsmikdir, bir də içinə qaysı qoyub dadlandırırıq. Xıyarla qatışdırıb cacıq eləyirik. Axırda şirniyyat olaraq sütlaç da yeyirik. Bunlar kifayyət olmayıbdır, bir də süddən içki düzəltmişik: qımız, kəfir.

Ən maraqlısı isə süd gölü-dür. O biri adı ağ göl-dür. Tanrıcılıq inancına görə cənnətdə yerləşən tilsimli bir göldür. Cənnətlə mükafatlandırılanlar ödül olaraq qızıl bir qayıqda bu göldə gəzərlər, qumsalında əylənərlər. Bir uşaq doğulacağı vaxt dişi ruh Ayzıt süd gölündən bir damcı alıb, ana rəhmindəki hücəyrələrə ruh olaraq aparar.

Bəzi yerlərdə isə həyvan və bitkilərin də ruhunun həmin göldən gəldiyinə inanılmaqdadır.

Bir revayətə görə də Xızır nəbinin yolu süd gölünə düşübdür. Orada qanadlı uçan atları görüb, onlardan birinə minmək istəyibdir. Ancaq bu alınmayıbdır. Sonra Xızır, gölə şərəb döküb atları sərxoş edibdir. Yaxaladığı bir cüt atın qanadını sındırıb və bu günkü atların əmələ gəlməsinə səbəb olubdur.

***

Ərəblərin nə qədər içki, şərəb bağımlısı olduğunu bilirik. Hətta pəyğəmbər dövründə belə ayələr gələndə əvvəl içkinin yaxşı olduğu, sonra həm yaxşı həm də pis olduğu, ona görə də az içilməsi gərəkdiyi, axırda isə tamam pis olduğu və qəti olaraq içilməyi qadağan edilibdir.

Quranda Tanrı, Məhəmməd pəyğəmbərə və onun camaatına Kovsəri verdiyini deyir. Kovsərsə cənnətdəki qutsal (mübarək) bir irmağın adıdır. Deyirlər onun qırağında saysız qab vardır. Beləliklə sərxoş etməyən şərab axan irmaqdan müsəlmanlar istədiyi qədər içə bilərlər.

***

Biz südü çox sevdiyimiz üçün yeni nəsə varsa süddən əmələ gətirmişik. Ona görə də ən müqəddəs yerdə, deməli cənnətdə belə ona yer qayırmışıq, onu qutsal bilmişik. Bunun kimi Ərəblər də çox sevdikləri şərabı cənnətdə də içmək üçün orada bir irmaq törədibdilər. Demək, hərə öz cənnətini, öz mədəniyyətinə görə formalaşdırır.

Hiç yorum yok:

Yorum Gönder