Üç həftəlik tədrisdən sonra,
kursda iştirak edən hər bir tələbə, qədim əlyazmalarımızı
oxumağı öyrənmiş və həmin əlifbadan istifadə edərək
gündəlik mətinləri yazma bacarığı qazanmışdır.
Göytürk dilində kurs, özəl
qurumlarda birinci dəfədir ki, verilir. Bu baxımdan
müvəffəqiyyətlə bitirilməsi, onun öz uğurunu göstərir.
Kursun müəllimi Göybəy Uluç
bildirir ki, “Hal-hazırda tapılan qədim əlyazmalarımızın
20%-ı oxunub və nəticələndirilib. Geriyə qalan 80% mətin isə
oxunmağı və araşdırılmağı gözləyir. Əlyazmalarımız
ümumiyyətlə Almanyadakı Berlin və İngiltərədəki London
muzeyində saxlanılır. Qədim Türk tarixilə kifayyət qədər
maraqlanılmadığına, daha doğrusu X əsrdən geriyə
gedilmədiyinə görə bunları araşdıranlar da olmur. Ona görə
mən, Azərbaycanlı soydaşlarıma səslənirəm ki, gəlin öz
qədim əlyazmalarımızı oxuyaq, onların hər birini
nəticələndirək. Mən oxumasam, siz oxumasanız, bəs kim
oxuyacaq? Oxunanları da xaricilər oxuyub. Bu haraya kimi davam
edəcək?
Kursu birinci dəfə açmaq
istəyəndə, müraciət edənlərin sayı xəyli çox oldu amma
bunların sadəcə olaraq 30%-ı dərslərə iştirak etdi. Bu normal
saydı. Elmi statiskakaya görə, iş görənlərin faizi,
ümumiyyətlə həmişə 30% olur. Amma kursu uğurla başa
çatdırdığımıza və konkret iş gördüyümüzə görə, bu işi
bacara bildiyimizi sübut etdik və sonrakı dərslərə daha çox
iştirakçının gələcəyini gözləyirik. İndi 11 nəfər
sertifikat almışsa, bu sayın gələcək dəfə 30-a qalxacağını
ümid edirəm.
İştirak edənlərin hamısı demək
olar ki, əlyazmalarımız üstündə araşdırma aparacaq bacarığı
qazandılar. Bundan sonra kursun ikinci mərhələsi olacaq və
sertifikat alan dostlarımızla birlikdə oxunmayan, araşdırılmayan
əlyazmalar üstündə araşdırmalar aparacağıq.”
Türkəm Dərsanəsinin müdiri Elnur
Manafov bildirir ki, “Fevral ayının 11-ində yeni dərslər
başlayacaq və dərslərə iştirak etmək istəyənlər əvvəlcədən
qeydiyyatdan keçməlidirlər. Xatırladaq ki, kurs ödənişsizdir
və kursdakı dərs materialları dərsanəmiz tərəfindən təmin
olunur.”
Türkəm Dərsanəsinin ünvanı:
Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının
yanı), Telefon: (012) 5983231
Hiç yorum yok:
Yorum Gönder