MAKYAJLI ŞƏHƏR BAKI

Üz yazmaq deyəndə nə başa düşürsünüz?

Bu deyim, Türkiyədə nadir hallarda işlədilən və üzünü maskalamaq, makyaj etmək mənalarına gələn sözdür. Kənd yerlərində yerlilərin öz aralarında qurduqları balaca teatr oyunlarında, sənətçilər(!) üzlərini yazaraq sənətlərini ifa edirlərmiş.(bax: Türk Dil Qurumunun sözlüyü)

***

Barış Mançonun bir mahnısında, alla məni, pulla məni... sözü gedir. Pul, bir bəzək əşyasıdır, bizdəki mənasından uzaqdır. Mən, alla sözündən danışmaq istəyirəm. Allamaq nə deməkdir?

Divanı Lüğatit Türk kitabında اال (al) sözü işlənir və hiylə mənasında izah edilir.

Aldatmaq sözü də bu kökdən gəlir.

Deməli, allamaq deyəndə başa düşürük ki, üzünü boya-bəzəklə hiyləli vəziyyətə salırsan və beləliklə başqasını aldadırsan.

***

Söhbət allamaqdan, makyaj etməkdən getdiyinə görə bir neçə söz də həyatımızdan yazım.

Bir xarici olaraq (siyasi baxımdan mən, Azərbaycanda əcnəbi həsab olunuram), mənim diqqətimi ilk cəlb edən, tikintilərin əntiqə görünüşlü hallarıdır. Bu, həqiqətən də adama ləzzət edir. Şəhərdə gəzəndə, özünü tamam başqa bir aləmdə hiss edirsən. Türkiyənin çoxlu şəhərində oldum, heç birində bu gözəllikdə tikintilər görmədim. Düzü, İstanbulda, Ankarada var ama bu qədər çox və görkəmli deyillər.

Əlbəttə bunlar, mən şəhərə təzə gələn vaxtlar və arxa küçələrdə fırlanmayan zamanlar fikirləşdiyim düşüncələrdi. Binaların içlərinə girəndən, ya da arxa tərəflərindəki vəziyyətini görəndən sonra, həqiqətin heç də belə olmadığını dərk etdim.

Şəhəri başdan ayağa makyajlamaq, kimə, nəyə lazımdır bilmirəm. Bu, mənim həddimə də deyil. Amma yenə də düşünürəm ki, makyaja ayrılan vaxt ilə, həmin tikintini söküb, yenisini tikmək olardı. Bu, sadəcə olaraq mənim duyğusal yanaşmamdır. Yoxsa, nə xərclərini həsablamışam, nə də ki yaranacaq prossesləri düşünmüşəm.

Gənclik metrosunun yanındakı binanın makyajlanması (07.02.2011)

Gənclik metrosunun yanındakı binanın makyajlanması (07.02.2011)

Makyajı bitən bina (25.06.2012)

Hiç yorum yok:

Yorum Gönder