Mən həmin namizədə dedim ki, o, pula sitayiş edir. Onların pul vahidi "denqi" sözü isə "tenqa" sözündən götürülüb, bu bizim sözdür, türk sözüdür... - Almazbəy Atambayev, Qırğızıstan prezidenti.
Bu sözləri, qəzetimiz Türküstanın 11 mart 2012-ci il sayının 9-cu səhifəsində görə bilərsiniz.
Böyüklər, mükafatlarından, bacarıqlarından danışar. Kiçiklər isə, böyüklərə qarşı apardıqları mücadilədən.
İndi biz hansıyıq? Böyük ya kiçik?
Bizim olmayan şeyləri öz üstümüzə götürərək nə qazanacıq? Özümüzünküləşdirmə prosesidə yox deyək.
Denqi, o cümlədən tenqa sözü bizim deyil. Dənk sözü ilə hardasa üst üstə düşməsi, onu, özümüzünkü etməz. Başqa dillərdə olan neçə söz var, bizdə də başqa məna verir. Biz də onlardanmı götürmüşük? Tutaq ki, öz sözümüzdür. Adama deməzlərmi; özünüz nəyə görə yararlanmırsınız?
Pul da para da fars dilindən sözlərdir. Bizdəki qarşılığı axçadır. Qırğızıstanda gündəlik həyatda istifadə olunur. Türkiyədə də atalar sözündə öz əksini tapır: Ak akçe kara gün içindir.
"B Harfinin 10000 Yıllık Öyküsü" adlı betiyində Doğan Çətinər mövzumuzla əlaqədər bu sözlərə çoxlu yer vermişdir: Məsələn, şou türkcədir deyir. Dahası sav ilə kökdəş, sov kökündən
gelirmiş. Media sözü monqol dilindəymiş. Namaz sözü on + nam +
oz imiş və türkçe kökənliymiş. Qüvvətli sözü də türkcəymiş; kökənləməsi də belə : muqavvatlı > quvvatlı > qüvvətli.
Gəlin bunlara imkan verməyək. Bu cür çalışmalar, bu cür sözlər Türklüyü yüksəltmir, əksinə ayağa salır.
dilçilik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

DAŞLAŞMIŞ SÖZLƏRİ AYIRMAQ OLA BİLMƏZMİ?
Deyirlər "daşlaşmış sözləri ayırmaq ola bilməz.” Onda “neyə görə ola bilməz?” deyə soruşanda da “ola bilməz dəəə!” deyib qoyurlar. Axı belə də elmi söhbət ola bilməz!
Daşlaşmış söz dedikdə “barış, savaş, gözəl, yuxarı” kimi sözləri başa düşürük. İndi “qardaş” sözünü neyə görə ayırmayaq? Yeniyetməler bilsə ki, eyni qarında yaşayan demekdir, pismi olar? Belə olan da uşaqlara da maraqlı gələr dilimiz. Bir şəy ki maraqlı oldu, o inkişaf edər. Deməli dilimizin inkişaf etməsini istəyirsənizsə belə şəylərə dal çəvirməyəcəksiniz. Söhbət daşlaşmış sözlərdən getdiyinə görə elə indi bir nəçə sözü özüm ayrışdırım, görək maraqlı olur yoxsa yox?
“Qardaş” sözünün sonundakı “-daş” ortaqlıq anlayışı verən şəkilçidir. Onun yaranması da “-da eş” sözündən gəlir. “Eş” sözü bugünləri Türkiyədə işlənsə də bizdə unutulub. Həmin sözün “eyni, birgə” kimi anlayışları var. Söz başındakı “qar-” nitq hissəsinin kökü isə “qarın”dan gəlməkdədir. Qarın + da eş : qarındaeş. Daha da əsgidən “karında eş” kimi idi. Deməli “eyni qarında yaşayan, eyni qarından doğulan” deməkdir. Amma indiki vaxtda sadəcə olaraq oğlan uşaqlarına qardaş deyirlər. Bu sözün anlayışı gödəkləşibdir. Çünki qız uşaqlarına da qardaş deyilə bilər. Yenə də Türkiyədə öz mənasını saxladığına görə gerək qız, gərək də oğlan uşaqlarına “karındaeş” sözünün o birisi forması olan “kardeş” deyirlər. Bunun kimi “kişi” sözü də bizdə gödəkləşibdir. Əslində “nəfər, insan” demək olan söz, Türkiyədə qadınlarda da istifadə olunmaqdadır.
“Ovuntu” sözünün kökü “ov”dur. Sonundakı “-untu” şəkilçisi “üzüntü, qırıntı” kimi sözlərdə istifadə olunan feldən isim düzəldən “-ıntı4” şəkilçisidir. Əsgidən “ovlanmağa” çıxıb çiyinlərində geyik, ceyran gətirən igidlərin yanında əlində dovşan ilə qayıdanlar üçün belə bir anlayış yaranıbdır.
“Gözəl” sözünün kökü “köz”dür. Əsgi dildən günümüzə [k] > [g] dönüşümü olmuşdur. Örnəyin kəl olub gəl, kara olub qara. Onda köz olub göz. Sonra da isimdən isim düzəldən “-əl” şəkilçisi qəbul edibdir. Bu söz “gözə xoş gələn” anlayışındadır.
Ən çox qarşı çıxılan iki daşlaşmış söz: barış və savaş. Barış sözünün kökü bu gün “var-” olaraq istifadə etdiyimiz, əsgi dildə “bar-” olaraq işlənən feldir. Əskidən günümüzə [b] > [v] dönüşümləri vardır. Örnəyin, eb sözü olub ev, ber sözü də olub ver. Ona görə də bar sözü var olmuşdur dilimizdə. Sözün sonundakı “-ış” şəkilçisi feldən fel düzəldən şəkilçidir. Barış sözünün günümüzdə varış olması gərəkər idi ancaq eləcə qalıbdır. Belə olan sözlərə “donuq söz” (frozen word) deyilir. Varışmaq, deməli birbirinə gedib gəlmək. Çünki insanlar (ya da ordular) ancaq barış olanda birbirlərinə gedib gələ bilərlər. Savaş isə tamam bunun tərsidir. Savmaq feli, başından atmaq, uzaq tutmaq deməkdir. Sovurmaq sözü də buradan gəlir. Onsuz da ordular savaş olanda birbirlərini savmaq, sovurmaq istəyir ya da dava dalaş olanda hansıkı insanlar qarşısındakını başından uzaq tutmaq, sovurmaq istəyir.
Yön bildirmə üçün dilimizdə qullandığımız “-garu4” əki (şəkilçisi) vardır. Daşlaşma üzrə ən gözəl örnəklər elə bu ək üzərindən verilə bilər. İl +gərü > ilərü > iləri (türkiyədə) > irəli (azərbaycanda).
“Yuxarı” sözünün kökü “yük”dür. Sözü gedən yön bildirən ək qoşulanda belə olur: yükgərü > yukqaru > yukaru > yuxaru > yuxarı. “Yüksək” sözü də həmin “yük” kökü ilə əlaqəlidir. “Uca” sözünü də sözü gedən kökə söykəndirmək olar. Əsgi dildən günümüzə bəzi [y] səsilə başlayan sözlərdə [y] səsi itər. Onda “yücə” sözü öncə “ücə”, ardınca da qalınlaşıb “uca” olub. Ancaq Türkiyədə hələ qədim forması olan “yücə” kimi işlənir.
Bu günləri [ş] səsilə işlədilən bəzi sözlər qədimdə [lç] ilə deyilirdi. Örnəyin “yaşama müddəti” anlayışındakı “yaş” sözü qədimdə “yalç”, “baş” sözü də “balç” idi. “Ölçmək” sözü də örnək verilə bilər ancaq bu söz qədimdəki formasını saxlayıbdır. O biriləri kimi dönüşsəydi bu günləri “ölç” yox “öş” deməli olacaqdıq. Bunun kimi “alç” sözü isə həm qədim formasını saxlayıb həm də dönüşmə keçirib: alç + garu > aşqaru > aşğaru > aşağu >aşağı. Bununla yanaşı “alçaq, alçaltmaq” kimi sözlərdə qədim formasını görmək olar.
Sözü gedən ək üzrə bir neçə örnək daha verib qutaraq: dışqaru > dışğaru > dışğarı > dışarı. Bununla yanaşı “içəri” sözü də örnək verilə bilər: içgərü > içyərü > içyəri > içəri.

***

YAŞIL OTA NİYƏ GÖY DEYİRİK?
Hamımız bilirik ki ot yaşıl rənglidir. Bəs yeni yeni çıxan ota niyə göyərdi deyirik? İşə belə başlayağın: yaşılnan göyün nə demək olduğunu öyrənərək.
Yaş- sözü canlı, diri deməkdir. `Nəçə yaşın var?` deyə soruşanda, soruşduğumuz nəfərin nəçə illik yaşadığını öyrənmək istəyirik əslində... Tanrıcılıq inancında hər şəyin, otun, heyvanın bilə ruhu olduğuna inanılmaqdadır. Ona görə də otun da bir ruhu vardır. O da bir canlı həsab olunur. Ata-babalarımız da yaş- sözünə, addan ad düzəldən -ıl şəkilçisini arttıraraq yaşıl sözünü törədiblər. Buna oxşuyan bir sözümüz daha var o da qızıl kəlməsidir: qız + ıl : qızıl. Qızıl sözünün qız kəlməsi ilə əlaqəsi yoxdur. İndi onun kökənləməsinə girmək istəmirəm, o da başqa yazının mözusudur.
Göy rəng isə bildiyiniz, başımızı havaya qaldırıb baxanda gördüyümüz şəyin rəngindən gəlir.
Deməli yaşıl başqa rəndir, göy bambaşqa rəngdir. İndi gələk öz mövzumuza: yeni bitən, yəkələn, böyüyən ota göyərdi deyəndə, göy rəng yaşılnan yer dəyişdirib, onunla əvəz olunmur. Çünki orda belə deyirik:
göyə ərdi > göyəərdi > göyərdi (göyə çatdı)
Ərmək sözünün çatmaq kimi bir mənası da var. Ona görə də ot, torpağın altından çıxıb, göyə doğru qalxanda göyə çatmaq istəyir.
Bunu da bilmək gərək: söz sonundakı /d/ samiti bəzən /t/ samiti ilə əvəz olur. Onda göyərdi > göyərti sözünün necə düzəldiyini indi başa düşə bilərik.

BİZ TÜRKLƏR YAD DİLİ NƏDƏN ASAN ÖYRƏNİRİK?
Biz türklər yabancı dil öyrənmə baxımından çox bacarıqlıyıq. Türk dili nə qədər "kasıb bir dil" adlandırılaraq haqsızlığa uğrasa da, dilimizdə istənilən yabancı dildə olan bir səsi çıxara bilmək üçün bütün səslər bulunmaqdadır. Bu baxımdan hansı dil olursa olsun həmin dildən istənilən sözü tələffüz etməyə çətinlik çəkmirik. Bu, böyük bir avantajdır. Bunun nə mənaya gəldiyini yaxşı başa düşmək istəyirsinizsə, bir ingilisə "düşünmək" sözünü dedirtməyə çalışın. Ondan "düşünmək" yox "duşunmek" eşidəcəksiniz.
Yabancı dillərlə türk dili arasında ən önəmli fərq qrammatikanın sintaksis bölməsində ortaya çıxır. İngilis, italyan, fransız və digər bir çox avropa dillərində sözlərin cümlədə düzülüş qaydası türk dilində olandan fərqlidir. Onlarda fel əksər hallarda cümlənin başında gəlir, bizdə isə sonunda. Bu durum isə sinxron tərcümələrdə çətinlik yaradır. Maraqlı cəhət isə orasındadır ki, bu qərb dillərinin kökü sayılan latın dilində sözlərin cümlədə düzüm qaydası türk dilində olduğu kimidir. Mübtəda, tamamlıq, təyin, zəfrlik, xəbər-hamısı cümlə içində eyni yerdə yer alırlar. Bu hələ harasıdır. Qərb dillərində fel zamanları köməkçi fellərdən istifadə etməklə əmələ gətirilir, yni bir zamanı bildirmək üçün iki feldən istifadə olunur. Örnəyin, ingilis dilində- "to be", "to have", italyan dilində- "es sere", "a vere" fellərinin işlənmə qaydasını bilmək yetərli sayılır. Yaxşı, onlar köməkçi fellərdən istifadə etməklə iş gördükləri zaman biz nə edirik? Şəkilçiləri (ek) fellərin sonuna birləşdiririk. Örnəyin, "bil-əcək-mi-(y)-di". Göründüyü kimi indiki zamanda olan "bil" felinə artırılan şəkilçilər onu müxtəlif zamanlarda işlətməyə imkan verir. Qısacası, onlar bir az tənbəlliyə və asanlığa alışmışlar. Biz isə əslində nə qədər çətin bir dilə sahib olduğumuzun və bu dildə danışdığımızın fərqində deyilik. Türk dilində danışan biri üçün yabancı dil öyrənmək çox asandır.
Qəbul etmək lazımdır ki, latın dili dünyanın söz ehtiyatı baxımından ən nadir dillərindən biri, bəlkə də birincisidir. Necə ki, bəzən biz "türk dili çox elastik bir dildir" deyirik, yəni hər hansı bir söz çox və fərqli mənalarda işlənə bilər. Amma latın dilində belə hala rast gəlmək mümkün deyil. Ən azından ona görə ki, latın dilində hər sözün konkret mənası vardır. Eyni bir söz müxtəlif mənalarda işlənə bilmir, ümumiyyətlə, belə bir halın olma ehtimalı 0-a bərabərdir. Buna görə də latın dili dünyada bütün elm sahələri üçün, Hüquq olsun, Tibb olsun, ortaq dil statusu daşıyır.
Latın dilində fellərin şəxslərə görə dəyişməsi qaydası ən qədim dil sayıla biləcək türk dilində olduğu kimidir. Bunu əyani şəkildə 3 dildən gətirilən misalla göstərmək istərdim. Asan bir feli misal götürək, "görmək" feli:
İngilis dilində:
I saw We saw
You saw You saw
She/He saw They saw
Türk dilində
Gördüm Gördük
Gördün Gördünüz
Gördü Gördülər
və Latın dilində:
Vidi Vidimus
Vidisti Viditis
Vidit Viderunt
Misaldan aydın şəkildə bütün ayrıntılar görünür. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur. Latın dili dünyanın ən çətin dillərindən biridir, lakin Türklər üçün bu tezis keçərli deyil. Çünki biz dünyanın ən qədim və ən çətin sayıla biləcək dili olan Türk dilində danışırıq.
Rəşad Cavad TÜRKAY

Kaydol:
Kayıtlar (Atom)