2011 ilindən indiyə kimi Türk
damğalarının (hərflərinin) öyrədilməsi üçün kurs açır,
yığcam təhsil üçün səy göstərirəm. İlk kursumu 2011 ilində
İgdır şəhərində uşaqlara keçdim. Burdakı təcrübələrimi
gündəliyimə yazıb, hansı hərflərin necə öyrədilməsi
gərəkdiyini, hansı hərflərin çətin olduğunu bir-bir
müəyyənləşdirəndən sonra, öz hərflərimizin, deməli
Orxon-Yenisey damğalarının öyrənmə prosesindəki tətbiq
üsullarını dəqiqləşdirdim. 2012 ilinin axırlarında isə,
Bakıda yerləşən Türkəm Dərsanəsinin yaratdığı imkan ilə
Göytürk dilində kurs keçməyə başladıq. Beləliklə
Azerbaycanda birinci, öz həsabıma isə II-ci Göytürk dili
kurslarına başlamış oldum.
II-ci Göytürk dili kursunu bitirən tələbələrdən bəziləri |
Yanvar ayının axırlarında imtahana
girən kurs iştirakçıları ilk sertifikatlarını alanda, konkret
iş gördüyümüzü sübut etdilər. Ona görə II kursumuza maraq
daha çox oldu. İlk kursumuza 90 qədər nəfər baş çekmişkən,
II-ci kursumuzda bu say 190-a qədər qalxdı. Bunlardan 40-ı
qəydiyyatdan keçdi və axırda 27-si başa çatdırdı.
Bakıdakı I-ci kursu bitirənlər
arasından istəkli olan bir qrub, Göytürk dilini daha dərin
öyrənmək istədiklərini dedi. Beləliklə bu qrub ilə Irk Bitig
üzərinə kökləndik və hal-hazırda Irk Bitig (Qədim Uyğur
dilində yazılmış fal kitabı) Azərbaycan dilinə, latin
qrafikasında tərcümə olunur.
Türküstan qəzetində çıxan xəbərimiz. |
II-ci kursdakı bir proyektim də,
kursu başdan ayağa kamera ilə çəkmək və internetdə virtual
dərs kimi yayımlamaq. Bu da uğurla alındı və bu gün internetdə
5 dərslik kurs görüntülərini izləyərək Göytürk dilini
öyrənə bilərsiniz.
07.03.2013 tarixindəki imtahan ilə,
II-ci kursu da başa çatdırmış olduq. İmtahanın birinci sualı,
Irk Bitig'deki ırklardan biri idi və tələbələr 3 həftəlik
kurs almalarına baxmayaraq açıq-aydın tərcüməni edə bildilər.
Bakıdakı III-cü kursu açma fikrimiz
də var. Bunu ilkyaz bayramından (novruzdan) sonra, deməli
25.03.2013 tarixində başlatmaq istəyirik. İştirak etmək
istəyənlər aşağıdakı nömrələrdən əlaqə saxlaya bilər və
ya bir başa kursumuza gəlib qəydiyyatdan keçə bilər.
Kurslarımız ödənişsiz olduğunu da xatırlatmaqda fayda var.
Türkəm Dərsanəsinin ünvanı:
Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının
yanı), Telefon: (012) 5983231
Tebrikler. Basarilarinizin devamini dilerim.
YanıtlaSil