YALAMALARLA DALAMALAR

Azərbaycan Türkcəsini yeni öyrənmək istəyən ya da ki ilk dəfə eşidən birinin ilkin ilgisini çekən odu ki, sözlərin uzadılması...

Hətta bu səs uzatma elə formalaşıb ki, sorğu üçün də səsi uzatmağınız bəsdir. Sorğu şəkilçisi olmasa da olar. Bu qayda indiyə kimi əski yazıtlarımızda, kitabələrimizdə də işlənməyibdir. Nəyə görə belə olubdur? Bax bunla maraqlanıram.

Mənim danışmaq istədiyim, söz sonundakı [də] - [da] uzatmalarıdır. Sözün axırında bunu işlədəndə gücləndirici kimi təsir eləyir. Bunu hamımız bilirik ancaq xüsusilə Türkiyəlilər bunu biraz yadırğayırlar.

Əski dildən günümüzə bəzi səs dönüşmələri olubdur. Bunlardan biri də [d] səsinin [y] olmağıdır. Örnəyin: adak > ayak > ayaq, adrıl- > ayrıl- kimi... Onda demək olar ki, [da] > [ya] olubdur. Azərbaycanda bu söz olduğu kimi işlənib, bir də incəlib [də] forması yaranıbdır ancaq Anadoluda səs dönüşməsi keçirib [ya] olubdur.

Eləsə Türkiyə Türkcəsində söz sonlarına qoşulan [ya] ilə Azərbaycandakı [da] bir olduğuna görə heç kim heç kimi yadırğamasın. Çünki Azərbaycanlılar da Türkiyəliləri yadırğayırlar ki, "söz sonunda bu [ya] nədir?"

Deməli birimiz ya-lama, o birimiz da-lama eləyərək sözlərimizi gücləndiririk. Birimiz gəl yaa deyirik, o birimiz gəl dəə.

1 yorum:

  1. "Daaa" diye uzatarak söyleyişi biliyordum ama bunun Türkiye Türkçesi'ndeki "yaaa" olduğunu hiç düşünmemiştim. Çok hoşlanarak okudum bu yazınızı. Sağolun.

    Bir de "bııyyy..." var. O necedi acep? :)

    YanıtlaSil