göytürk damğaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
göytürk damğaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

III-cü GÖYTÜRK DİLİ KURSU DA BİTDİ

Yanvar ayından indiyə kimi davam etdiyimiz Göytürk dili kurslarında, III mərhələyi də uğurla başa çatdırmış olmağın sevincini yaşayırıq.

Həm qədim əlifbamız olan Orxon – Yenisey abidələrində işlədilən Türk damğalarını öyrənir, həm də qədim dilimizdəki sözlərin qrammatik formaları üzərində çalışırıq. Tələbələr demək olar ki, qısa müddət ərzində hər ikisini də öyrəndi. Biz də bu uğuru, öz aramızda qeyd etmək istədik və keçən həftə qutladıq.

Kurs iştirakçılarına sertifikatlar verməzdən əvvəl, üzərinə öz əlifbamız, deməli Türk damğaları ilə yazılmış “Göytürk Dili Kursu 2013” yazan tortu kəsdik. İştirakçılardan bəziləri ürək sözlərini dedi və axırda sertifikatlar verildi.




Tədbirimizdə belkə də dünyada birinci dəfə olan hadisələr də baş verdi. Dəqiq bilmirik, belkə də dünyanın hansısa ücqar bir ərazisində, bizdən əvvəl bu işləri görənlər olub amma biz yenə də bununla özümüzü sevindiririk. Söhbət, üzərində Göytürk dilində yazı yazan tortdan və yenə üzərində Göytürk dilində yazı yazan sertifikatlardan gedir.

Kursumuzla bağlı ümumi statistika da verim: Bu il, 3 dəfə tərtib olunan kurslara cəmi 196 nəfər müraciət etdi. Bunlardan 38-i qeydiyyatdan keçdi və 23-ü də axıra kimi bütün dərslərə gəlib bitirmə bəlgəsi (sertifikat) almağa haq qazandı.


Bu semestr hardasa bitdi və mən başqa dərs deməyəcəyəm. Gələn semestr ilində, tələb olarsa yenə sevə-sevə dərs deyəcəyimin sözünü verirəm. Kurslarla bağlı ətraflı məlumat almaq istəyənlər üçün ünvan və əlaqə nömrəsi: Nizami küç. 103 Bakı. Telefon: 012 5983231



***

III-cü Göytürk Dili Kursu

Bu il Azərbaycanda ilk dəfə Türkologiya elminin inkişafında yenilik baş verdi. 2013 –cü ilin yanvarından başlayaraq “Türkəm Dərsanəsi” nin dəstəyi və Türkiyənin Iğdır şəhərindən gəlmiş, Göybəy Uluç müəllimin şəxsi təşəbbüsü ilə ödənişsiz “Göytürk dil kursları” başlandı. Həmin ilin may ayına qədər fasilələrlə 3 dəfə kurs təşkil olundu. Kursumuzun məqsədi, gənc nəslə ata –babalarımızın bizə miras qoyduğu “Orxon -Yenisey” əlifbasını öyrətmək idi. Bildiyimiz kimi, türklər Orxon –Yenisey abidələri və onların yerləşdiyi ərazilərdə, V –VIII əsrlərdə yüksək sənət və mədəniyyət yaratmışlar. Bu abdələrdə nə yazıldığını, atalarımızın bizə nələri nəsihət etdiyini, onların həyat tərzini, dünyagörüşünü, dini inanclarını, həyat və ölüm haqqındakı düşüncələrini, döyüşlərini, fəthlərini, dostunlarına sevgilərini, düşmənə nifrətlərini biz bu qədim əlifbanın sayəsində öyrənərək bilərik. Orxon -Yenisey əlifbası ilə yazılmış abidələrin çoxu Göytürk dövlətinin hökmdarları dövründə yazıldığı üçün əlifbamızı öyrədən kursumuzun adı şərti olaraq “Göytürk dil kursu” adlanmışdır. Bu əlifba Dövlət Universitetlərimizin Filologiya fakültələrində tədris olunsa da, ilk dəfə olaraq kursumuz bu sahədə oxumayan və çalışmayan gənclərimizi öyrətməyə, onları bir amal uğrunda birləşdirməyə yönəlmiş oldu. 

Kursumuza 196 nəfər baş vurmuş, 38 nəfəri qeydiyyatdan keçmiş və 23 nəfəri kursu uğurla başa vurmuş oldu.
İştirakçılarımız 6 dərsə hərfləri öyrənmə bacarığına yiyələndilər. Kursun sonunda isə onların biliyi imtahanla yoxlanıldı və keçənələrə sertifikatlar verildi.

Təbii ki, bizim çalışmamız bununla kifayətlənmədi. Kursun iştirakçılarının bir qismi ilə bir qrup yaradaraq, Orxon –Yenisey əlifbası ilə yazılmış bir abidəmizi –Irk Bitig abidəsini oxuyub tərcümə etməyə çalışdıq. Irk Bitig daha öncə bir neçə dəfə, dəyərli türkoloqlarımız Hüseyn Namiq Orxun, Tələt Təkin tərəfindən türk dilinə və Əlisa Şükürlü tərəfindən Azərbaycan dilinə tərcümə olunsa da, bizim çalışmamızla yenidən tələbələr tərəfindən Azərbaycan dilinə tərcümə olundu. Beləliklə, biz bununla həm qədim uyğur türkçəsi ilə yazılmış bir əsəri tanıdıq, həm də Azərbaycan dilçiliyinə yeni bir əsər qazandırmış olduq.
Beləliklə, kursumuz uğurla başa çatdı. İsmayılbəy Qaspıralının da dediyi kimi “Dildə, fikirdə, işdə birlik” devizini əlimizdə rəhbər tutaraq çalışmalarımızın davamı arzusu ilə...

Dilbər Vətən qızı

GÖYTÜRK DİLİ KURSUNDA İLK SERTİFİKATLAR VERİLDİ

08.01.2013-cü ildən başlayaraq Türkəm Dərsanəsində keçirilən Göytürk dili (Orxon-Yenisey əlifbası) kursu axıra çatmış və kurs iştirakçıları 29.01.2013 tarixində yazılı imtahan verərək sertifikat almağa haq qazanmışlardır.

Üç həftəlik tədrisdən sonra, kursda iştirak edən hər bir tələbə, qədim əlyazmalarımızı oxumağı öyrənmiş və həmin əlifbadan istifadə edərək gündəlik mətinləri yazma bacarığı qazanmışdır.

Göytürk dilində kurs, özəl qurumlarda birinci dəfədir ki, verilir. Bu baxımdan müvəffəqiyyətlə bitirilməsi, onun öz uğurunu göstərir.

Kursun müəllimi Göybəy Uluç bildirir ki, “Hal-hazırda tapılan qədim əlyazmalarımızın 20%-ı oxunub və nəticələndirilib. Geriyə qalan 80% mətin isə oxunmağı və araşdırılmağı gözləyir. Əlyazmalarımız ümumiyyətlə Almanyadakı Berlin və İngiltərədəki London muzeyində saxlanılır. Qədim Türk tarixilə kifayyət qədər maraqlanılmadığına, daha doğrusu X əsrdən geriyə gedilmədiyinə görə bunları araşdıranlar da olmur. Ona görə mən, Azərbaycanlı soydaşlarıma səslənirəm ki, gəlin öz qədim əlyazmalarımızı oxuyaq, onların hər birini nəticələndirək. Mən oxumasam, siz oxumasanız, bəs kim oxuyacaq? Oxunanları da xaricilər oxuyub. Bu haraya kimi davam edəcək?

Kursu birinci dəfə açmaq istəyəndə, müraciət edənlərin sayı xəyli çox oldu amma bunların sadəcə olaraq 30%-ı dərslərə iştirak etdi. Bu normal saydı. Elmi statiskakaya görə, iş görənlərin faizi, ümumiyyətlə həmişə 30% olur. Amma kursu uğurla başa çatdırdığımıza və konkret iş gördüyümüzə görə, bu işi bacara bildiyimizi sübut etdik və sonrakı dərslərə daha çox iştirakçının gələcəyini gözləyirik. İndi 11 nəfər sertifikat almışsa, bu sayın gələcək dəfə 30-a qalxacağını ümid edirəm.

İştirak edənlərin hamısı demək olar ki, əlyazmalarımız üstündə araşdırma aparacaq bacarığı qazandılar. Bundan sonra kursun ikinci mərhələsi olacaq və sertifikat alan dostlarımızla birlikdə oxunmayan, araşdırılmayan əlyazmalar üstündə araşdırmalar aparacağıq.”

Türkəm Dərsanəsinin müdiri Elnur Manafov bildirir ki, “Fevral ayının 11-ində yeni dərslər başlayacaq və dərslərə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Xatırladaq ki, kurs ödənişsizdir və kursdakı dərs materialları dərsanəmiz tərəfindən təmin olunur.”

Türkəm Dərsanəsinin ünvanı: Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının yanı), Telefon: (012) 5983231

BAKIDA GÖYTÜRK DİLİNDƏ KURS

8 Yanvar 2013-dən bu yana Bakıda yerləşən Türkəm Dərsanəsində Göytürk dili (Orxon-Yenisey əlifbası) kursu keçilir. Hal-hazırda 14 tələbənin iştirak etdiyi kurs ödənişsizdir və yaradılacaq yeni qrub üçün müraciətlər davam edir.

Universitetlərin Türkologiya sahəsində ixtisas görənlərə Göytürk dili dərsi keçilsə də, bu üzdən (sethi) olur və həmin mövzunun dərinliyinə gedilmir. Özəl qurumlarda isə bu, birinci dəfə görülən iş kimi fərqlənir. Bu kursun açılması ilə, qədim tariximizi daha dərindən öyrənmək istəyənlərə fürsət yaranır. Çünki, Orxon-Yenisey əlifası ilə yazılan Orxon Abidələri, öz dövrünün bütün siyasi hadisələrini, müharibələrini, qonşu dövlətlərlə olan əlaqələrini, o cümlədən Türk tarixini, dövlət başçısının (Gültəkin Xaqanın) öz əl yazmasından ibarətdir.


Kursda Göytürk əlifbası ilə yanaşı, həmin əlifba ilə yazılan mətnlər üstündə praktika keçilir, sözlərin mənbəyi haqqında filolojik məlumatlar da verilir. Dərsləri, Türkiyədəki Türk Dil Qurumunun buraxdığı Türk Dili dərgisinin yazarı və Göytürkcə Araşdırmaları kitabının müəllifi Gökbey Uluç aparır. Dərs qeydləri və Göytürk dililə bağlı məqalələr kurs tərəfindən təmin edilir. 12 saatlıq kursun (1 aylıq dərs proqramının) sonunda, kursu müvəffəqiyyətlə bitirənlər sertifikat alır və yenə istədikləri təqdirdə, Türkəm Dərsanəsinin dil kurslarından (rus, ingiliz, alman, fransız...) birindən ödənişsiz dərs götürə bilir.

Türkəm Dərsanəsinin ünvanı: Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının yanı), Telefon: (012) 5983231

Türküstan qəzetəsində çıxan xəbərin özü:


GÖYTÜRK ƏLİFBASI İLƏ MƏKTUB DOSTLUĞU

Göytürk əlifbası haqda araştırma aparanda birdən ağlıma gəldi ki, biz nəyə görə bu hərflərlə məktub dostluğu eləmirik? O saat internetdə çağırış elədim ki, gəlin bu hərflərlə bir-birimizə məktub yazağın. Bəziləri dedi: İnternetdən yazışırıq, nə olsun!

Amma mən istəyirdim ki, kağıza yazaq, poçta verək. Bu çağırışı edəndən sonra hardasa bir ay gözlədim. Axırda qatılmaq istəyənlərin balaca da olsa bir siyahısı yarandı və beləliklə 2010-cu ilin sonlarına doğru Göytürk əlifbası ilə səkkiz nəfərə dört səhifəlik məktublar yazdım.[1]

Türkiyənin müxtəlif şəhərlərinə gedən bu məktublar, görənlərə həvəs verdi. Belkə də mən sözü ortaya qoyanda ciddi yanaşmadılar amma konkret iş olanda qatılmaq istəyənlərin sayında artım oldu.


İndi də istəyirəm ki, həmin dostluğu Azərbaycanda da başladım. Gəlin məktub dostu olaq. Göytürk əlifbası ilə yazışaq.

Nə bilirsənizsə yazın. Təkcə şeir də yaza bilərsəniz, gülməli bir latifə də, təki yazın.

Kağıza yazılmasını ona görə istəyirəm ki, sözü gedən hərflərin gündəlik, daha doğrusu çağdaş həyatdakı problemləri üzə çıxacaqdır. Biz də bu problemlərə görə uyğunlaşdırma prosesini sürətləndirə biləcəyik. Bununla yanaşı, əl yazma qabiliyyətimiz artacaq, oxumamız sürətlənəcəkdir. Əlbəttə, nostalji də olacaqdır.

Yazışmağa qatılmaq istəyənlər aşağıda ünvanı yazılı olan Türküstan qəzetinin ofisinə məktublarına göndərə bilərlər. Hərfləri bilməyən amma maraq edənlər varsa, cavab gözləmədən tək tərəfli olaraq məktub yazıb göndərə bilərəm. Bunun üçün ünvanınızı bildirən məktubu yenə qəzetimizin ünvanına yazmalısınız. İmkanı olan elektronik poçtuma da yaza bilər.

Türküstan qəzetinin ünvanı: Bakı Şəhəri, Azadlıq Prospekti 35, mənzil 13

dipçe:                               
[1] http://kokturukce.blogspot.com/2011/02/gokturkce-betikler-gonderiye-verildi.html

GÖYTÜRK ƏLİFBASINI ÖYRƏNMƏ RƏHBƏRİ

Burada yazılan Göytürk əlifbası hərflərini görmək üçün bu fontu qurun:
http://turkcesivarken.com/belgeler/yazitipleri/1ORKUN.ttf
Türklərin sözlərini yazıb saxlamaları Eramızdan 500 il qabaq İssik Qurqanında yazılmış olan bir bəlgə ilə ortaya çıxmışdır. Bu ilk yazıdır demək yanlış olar, o vaxt yazıldığına görə daha öncədən də kökü var deməkdir. Bu da ən azı Türk yazısının 3000 illik keçmişi var deməkdir.

Türk damgaları ilə yazılan ən gəlişmiş yazıtlar Orxun-Yenisəy Yazıtlarıdır. Orxun ırmağının qırağında tapıldığı üçün bu adlarla anılmışlardır. Sonraları tapılan Yenisəy yazıtlarının isə, Orxun yazıtlarından daha öncə yazıldığı anlaşılmışdır. Orada 150 qədər damğa olmasına qarşın Orxunda 38 damğa vardır.

1893 ilində Danimarkalı dilçi Vilhem Ludvig Piytır Tomsen tərəfindən, Rus türklük bilimçisi Vasili Vasilyeviç Radlov-un köməyi ilə çözülmüş və eyni ilin 15 noyabrında Danimarka Qağanlıq Bilimlər Qurumunda bilim dünyasına açıqlanmışdır.


ÖZƏLLİKLƏRİ :
  • Ərəb dili kimi sağdan sola yazılır.
  • Latında olduğu kimi böyük-kiçik damğa ayrımı yoxdur.
  • Damgalar incə-qalın diyə fərqlənməkdədir.
  • Sözlər arasında boşluq qoyulmaz. Sözləri birbirindən ayırmaq üçün aralarına iki nöqtə üst üsdə (:) qoyular. Bu işarə eyni zamanda cümlənin sonunda da qoyular.
  • Əski Türkəcədə “c, f, q, ğ, x, h, j, v” səsləri olmadığından, bunları simgəyələn damgalar da yoxdur.
  • /d/ səsi ilə söz başlamaz. Bu günləri /d/ ilə başlayanlar əskidən /t/ səsi ilə deyilirdi. Örnəyin, dil > til, dəmir > təmir > təmür kimi.
  • /g/, /q/, /x/, /h/ səsləri ilə de söz başlamaz. Bu sözlər o günləri /k/ ilə deyilirdi. Örnəyin gəl > kəl, qol > kol, xan > kan kimi... Bunun yanında /f/ səsini /p/, /v/ səsini də /b/ qarşılayırdı.
  • Ünlü uyumu vardır. Qalın ünlü ilə başlayıbsa qalın, incə ünlü ilə başlayıbsa incə ilə sürər: kələcək (incə), kalacak (qalın).
  • Dudaq oxşarlığı vardır. Örnəyin söz /a/ ünlüsü ilə başlayırsa /ə/ ünlüsü ilə bitməsi olanaqsızdır. Sözdəki ünlülərin hamısı /a/ ola biləcəyi kimi, başqa bir ünlü gəlməli isə bu kəsinliklə /ı/ səsi olmalıdır. Gənəl qural belədir: a > ı, ə > i, o > u, ö > ü
  • /o/ ilə /ö/ səslərində durum bir az ayrıdır. O > a ilə ö > ə durumlarının olduğu sözlərə də dənk gəlinə bilər. Bunun nədəni, sözlərə qoşulan əklərin deməli şəkilçilərin /a/ - /ə/ səslərini içərir olmasından ötrüdür.
  • /o/, /ö/ səsləri yalnızca ilk hecada qullanılar. Sonrakı hecalarda /u/ - /ü/ səslərinə dönüşər. Örnəyin konuşuruk (o > u), ölürük (ö > ü).
  • Əlifbada toplam 38 damğa vardır. Bunların 4-ü ünlü, 34-ü də ünsüzdür. Ünlülərin durumu Latın əlifbasından ayrıdır. Bir ünlü duruma görə iki ayrı səs verə bilməkdədir. İlk eşidəndə sizə qarışıq gələ bilər ancaq bu durum qurallar çərçivəsində olduğundan qolaylıqla ayırd edilə bilməkdədir. 


ÜNLÜLƏRİN QULLANIMI

a (a) ilə i (i) damgalarının verdikləri səsi anlamaq üçün, sözün yapısına baxılar. Söz qalın ünsüzlərdən oluşursa /a/ - /ı/ səslərini verərkən, incə ünsüzlərdə /ə/ - /i/ səslərini verər.

amlg gəlmə, açL alça, nik kin, NaK kan

ö (ö) damgası, incə damgalı sözlərdə qullanılar. İlk hecada /ö/ səsini verərkən sonrakı hecalarda /ü/ səsinə dönüşər:

mlü ölüm, lzök közəl, lHök köngül

u (o) damgası, qalın damgalı sözlərdə qullanılar. İlk hecada /o/ səsini verərkən sonrakı hecalarda /u/ səsinə dönüşər:

uçq okçu, nXtö ötükən

Ünlü qullanımı Latın əlifbasında olduğu kimidir ancaq bəzi özgün özəlliklərindən ötrü yazılmasına gərək yoxdur. Örnəyin sözdəki ünlülərin hamı /a/ səsini içərirsə bir dənə /a/ yazılar, o birisilərinə gərək qalmaz və yazılmasa da olar:

KÇLAK kalacak, kçlag gelecek

Bəzən də dodaq bənzərliyindən hansı ünlünün gələcəyini öncədən bildiyimizdən ünlüləri yazmanıq.
Örnəyin KBaK (kabak: qabaq) sözündə a (a) damgasını yazmadıq çünki a-dan sonra ya /a/ ya da /ı/ gələcəyini və başqa bir ünlü gəlsə də o sözün dilimizdə olamayacağını bilirik. Tutaq ki; /u/ gəlsə kabuk olar ancaq kabuk sözü qBAK biçimində yazılar. Dolayısıyla oraya yalnızca /a/ gələ bilər. Bu əlifbanın da belə bir özəlliyi var: Türkcə olmayan, yad olan heç nə yaza bilmirsən. Gör, 3 hərflik ali sözü bilə yazıla bilmir. Yazanda ya əli ya da alı olur.

ö ilə o ünlüləri yalnızca ilk hecada qullanılır. Sonrakı hecalarda /u/ - /ü/ səsinə dönüşər. Yenə sözün ilk hecasında olan ünlüyü gördükdən sonra ardının nə olacağını bildiyimizdən ünlülərin hamısını yazmarıq:

Xçöpö öpücük, mNOK konum

Ancaq /ö/ - /o/ səslərində bəzən durum ayrı olar. Sözə qoşulan ək deməli şəkilçi /a/ - /ə/ səslərindən oluşduğundan belə zamanlarda ünlüləri yazmaq gərəkir.

lezök köz + əl (göz + əl : gözəl)

ÜNSÜZLƏRİN QULLANIMI

Bizə sıradışı gələcək qurallardan biri də hecalı yazılışdır. Bu quralı yaxşı bilmək gərəkir yoxsa bir çox sözü qarışdıracağınızdan quşqum yoxdur. Sözləri yazarkən, yaxşı bir biçimdə hecalara ayırmaq gərəkir. Örnəyin yorgan sözü NGROY biçimində yazılar, yoragan ilə qarışdırıla bilər. Ancaq hecalar yor-gan olduğundan sorun yoxdur. Yoragan yazmaq üçün araya bir /a/ damgası daha əkləmək gərəkir: NGAROY yoragan.

Bilmənizdə yarar olacaq bir başqa örnək söz: Təngrim
Dudaq bənzərliyi quralından sondakı /i/ damgasının yazılmasına gərək yox deyə düşünə bilərsiniz ancaq belə yapsanız yanlış olar. Çünki kök söz təngri-dir, sonuna isə yiyəlik əki -m qoşulmuşdur. Bundan ötrü təngri olduğu kimi yazılar, -m əki də sonuna əklənər: mirHt

Qonunun yaxşı öyrənilməsi üçün bir başqa örnək olaraq türkcəsi sözünü incələyəyin. Bu sözü yazarkən ardıcıl olaraq belə edəcəyik:
  1. Hecaları türk-çə-si olaraq ayrılar.
  1. Kök söz olan türk yazılar: Xrüt
  1. -çə əki əklənər olar türkçe: eçXrüt
  1. -si əki qoşular türkçəsi olar: iseçXrüt
Hecaları türk-çə-si olaraq ayrılacağından isçXrüt yazmaq yanlışdır.

GÖYTÜRK DAMĞALARI ƏVRƏNSƏL YİV ÖLÇÜNLƏRİNƏ ALINDI

Artıq öz hərflərimiz olan Göytürk damğalarını biliksayarlarda (kompüterlərdə) qullanmaq olanaqlıdır. Latın hərflərini necə asanlıqla, qolaylıqla yazırsaq elə Göytürk hərflərini də o qədər qolaylıqla yaza biləcəyik. Şəkildə gördüyünüz kimi GOOGLE-da axtarış bilə apara biləcəyik. Hətta maraqlıları üçün deyim, son vaxtlar gənclərin çoxlu girib, qullandığı internet yerliyi Facebook-da da işlətmək olur.


İndiyə kimi bu işlə dilçilərimiz heç ilgilənməyibdirlər. Ona görə öz əlifbamızı qullanmaq istəyəndə min-bir çətinlik yaşayırdıq. Bu işə çözüm tapmaq üçün arxadaşım Oxtay DOĞANGÜN ilə bir araşdırma apardıq. 2008-in May ayında gördük ki, bizdən bir nəçə ay qabaq deməli 2008-in Yanvar ayının 25-ində bu işə əl atanlar çıxıbdır. Beləliklə biz də gözləməyə başladıq. Sonucun tez gələcəyini bilirdik. Elə də oldu 1 il sonra deməli 2009-da Göytürk damğaları əvrənsəl yiv ölçünlərinə deməli unicode standartlarına qəbul olundu.

Qəbul olunanlar yalnızca Orxun-Yenisəydə qullanılan damgaları içərir. Gərək Talas, gərək də Turfan ya da İrq Bitig-də qullanılan damğalara yer verilməyibdir.

Əvrənsəl yivin 5.2.0 versiyasının qurulu olduğu hər bir biliksayarda qullanmaq olar. Amma mənim təxminimcə əski əməliyyat sistəmlərinin bu yenisi ilə dəyiş-toxuş deməli əvəz olunması hardasa 5 ilə başa çatar. Ancaq bu sizi qorxuzdurmasın. Əməliyyat sistemlərindən biri olan Linuks-da artıq əvrənsəl yivin 5.2.0 versiyası qurulu gəlir. Windows kimi işlətim sistəmlərində isə qullanmanın bir neçə yolu var. Əmir Yasin SARI-nın hazırladığı bəlgələri oxuyub, orada deyilənləri yapmanız bəsdir. Bu bəlgələrə çatmaq üçün yazının sonunda verdiyim sayt ünvanlarından istifadə edebilərsiniz.

İnternetdə bu əlifbadan istifadə edilərək düzəltilmiş saytların sayı indilik ikidir. Biri Ə. Yasin Sarı-nın qurduğu, o birisi də mənim düzəltdiyim öz yerliyim. Bu saytlardakı yazıları görmək üçün yalnızca orkun2.ttf fontunu köçürməniz və Fayrfoks (Firefox) internet darayıcısından açmanız bəsdir. Maraqlananlar mənimlə də əlaqə qura bilərlər.

Sayt Ünvanları:
www.gokbeyuluc.wordpress.com - öz yerliyim
www.fankibiber.wordpress.com - Ə.Y. Sarının yerliyi
www.turkcesivarken.com/belgeler/orkunsayisal.rar - Əməliyyat sistəmlərində qullanmaq üçün gərəkən bəlgələr, sənədlər.
www.gokturkce.blogspot.com - Göytürk yazılarını öyrənmə rəhbəri