filologiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
filologiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

BAKIDA GÖYTÜRK DİLİNDƏ KURS

8 Yanvar 2013-dən bu yana Bakıda yerləşən Türkəm Dərsanəsində Göytürk dili (Orxon-Yenisey əlifbası) kursu keçilir. Hal-hazırda 14 tələbənin iştirak etdiyi kurs ödənişsizdir və yaradılacaq yeni qrub üçün müraciətlər davam edir.

Universitetlərin Türkologiya sahəsində ixtisas görənlərə Göytürk dili dərsi keçilsə də, bu üzdən (sethi) olur və həmin mövzunun dərinliyinə gedilmir. Özəl qurumlarda isə bu, birinci dəfə görülən iş kimi fərqlənir. Bu kursun açılması ilə, qədim tariximizi daha dərindən öyrənmək istəyənlərə fürsət yaranır. Çünki, Orxon-Yenisey əlifası ilə yazılan Orxon Abidələri, öz dövrünün bütün siyasi hadisələrini, müharibələrini, qonşu dövlətlərlə olan əlaqələrini, o cümlədən Türk tarixini, dövlət başçısının (Gültəkin Xaqanın) öz əl yazmasından ibarətdir.


Kursda Göytürk əlifbası ilə yanaşı, həmin əlifba ilə yazılan mətnlər üstündə praktika keçilir, sözlərin mənbəyi haqqında filolojik məlumatlar da verilir. Dərsləri, Türkiyədəki Türk Dil Qurumunun buraxdığı Türk Dili dərgisinin yazarı və Göytürkcə Araşdırmaları kitabının müəllifi Gökbey Uluç aparır. Dərs qeydləri və Göytürk dililə bağlı məqalələr kurs tərəfindən təmin edilir. 12 saatlıq kursun (1 aylıq dərs proqramının) sonunda, kursu müvəffəqiyyətlə bitirənlər sertifikat alır və yenə istədikləri təqdirdə, Türkəm Dərsanəsinin dil kurslarından (rus, ingiliz, alman, fransız...) birindən ödənişsiz dərs götürə bilir.

Türkəm Dərsanəsinin ünvanı: Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının yanı), Telefon: (012) 5983231

Türküstan qəzetəsində çıxan xəbərin özü:


QOCA - XOCA SÖZLERİNİN XIRDALANMASI

Erməni dilçi Sevan Nişanyan, Sözlərin Soyağacı adlı kitabında qoca kəlməsini belə açıqlayır :
Köhnə bir şərqi İran dilindən köçürmə ehtimalı böyükdür. Sinonimi Fars dilindəki xvaca ve xoda-dır.

Eyni yazıçı xoca kəlməsini də belə xırdalayır :
Fars dilində "ağa, evin böyüyü" mənasına gələn xvaca kəlməsindən Türk dilinə köçürmədir.

Halbuki hər iki söz də Türkcə mənşəlidir və ən möhümü də ikisi də eyni kök sözdür. Göytürk dilində koca kimi işlənməkdədir. Hörmətli, bilikli kişi mənalarına gəlməkdədir. Bu mənada ikən necə olubdur da Türkiyə Türkcəsində ər mənasına gəlibdi onu belə açıqlaya bilərəm :
Köhnə Türk dilində prenses mənasına gələn eşi kəlməsi var idi. Arvadına qiymət verən, ona sevgi bəsləyən hər Türk kişisi, öz arvadına prensesim mənasında eşi-m deməyə başlamışdır. Beləliklə bir müddət sonra eşim kəlməsi adi bir söz formasına dönmüşdür.

Bu mövzu haqqında belə bir şəy daha revayət eləyirlər :

Bir gün Çingiz Xan yanındakılara səslənib: "Mən sizin xan-ınızam, halbuki mənim də xan-ım var." deyib arvadını göstərib : "İştə bu da mənim xan-ım." Sonra dönüb qızını görsədib və bu da "bəy-im (beg-üm)" deyibdir.


Sonrasındaysa hər kişi öz arvadı üçün xan-ım deyəndə bu kəlmə də adiləşibdir. Eyni şəkildə hər arvad da öz ərini hörmətli həsab elədiyindən hörmətli, savadlı, bilikli kişi mənasına gələn qoca\xoca kəlməsini adiləşdirmişdir.

DAŞLAŞMIŞ SÖZLƏRİ AYIRMAQ OLA BİLMƏZMİ?

Deyirlər "daşlaşmış sözləri ayırmaq ola bilməz.” Onda “neyə görə ola bilməz?” deyə soruşanda da “ola bilməz dəəə!” deyib qoyurlar. Axı belə də elmi söhbət ola bilməz!

Daşlaşmış söz dedikdə “barış, savaş, gözəl, yuxarı” kimi sözləri başa düşürük. İndi “qardaş” sözünü neyə görə ayırmayaq? Yeniyetməler bilsə ki, eyni qarında yaşayan demekdir, pismi olar? Belə olan da uşaqlara da maraqlı gələr dilimiz. Bir şəy ki maraqlı oldu, o inkişaf edər. Deməli dilimizin inkişaf etməsini istəyirsənizsə belə şəylərə dal çəvirməyəcəksiniz. Söhbət daşlaşmış sözlərdən getdiyinə görə elə indi bir nəçə sözü özüm ayrışdırım, görək maraqlı olur yoxsa yox?

***

“Qardaş” sözünün sonundakı “-daş” ortaqlıq anlayışı verən şəkilçidir. Onun yaranması da “-da eş” sözündən gəlir. “Eş” sözü bugünləri Türkiyədə işlənsə də bizdə unutulub. Həmin sözün “eyni, birgə” kimi anlayışları var. Söz başındakı “qar-” nitq hissəsinin kökü isə “qarın”dan gəlməkdədir. Qarın + da eş : qarındaeş. Daha da əsgidən “karında eş” kimi idi. Deməli “eyni qarında yaşayan, eyni qarından doğulan” deməkdir. Amma indiki vaxtda sadəcə olaraq oğlan uşaqlarına qardaş deyirlər. Bu sözün anlayışı gödəkləşibdir. Çünki qız uşaqlarına da qardaş deyilə bilər. Yenə də Türkiyədə öz mənasını saxladığına görə gerək qız, gərək də oğlan uşaqlarına “karındaeş” sözünün o birisi  forması olan “kardeş” deyirlər. Bunun kimi “kişi” sözü də bizdə gödəkləşibdir. Əslində “nəfər, insan” demək olan söz, Türkiyədə qadınlarda da istifadə olunmaqdadır.

***

“Ovuntu” sözünün kökü “ov”dur. Sonundakı “-untu” şəkilçisi “üzüntü, qırıntı” kimi sözlərdə istifadə olunan feldən isim düzəldən “-ıntı4” şəkilçisidir. Əsgidən “ovlanmağa” çıxıb çiyinlərində geyik, ceyran gətirən igidlərin yanında əlində dovşan ilə qayıdanlar üçün belə bir anlayış yaranıbdır.

***

“Gözəl” sözünün kökü “köz”dür. Əsgi dildən günümüzə [k] > [g] dönüşümü olmuşdur. Örnəyin kəl olub gəl, kara olub qara. Onda köz olub göz. Sonra da isimdən isim düzəldən “-əl” şəkilçisi qəbul edibdir. Bu söz “gözə xoş gələn” anlayışındadır.

***

Ən çox qarşı çıxılan iki daşlaşmış söz: barış və savaş. Barış sözünün kökü bu gün “var-” olaraq istifadə etdiyimiz, əsgi dildə “bar-” olaraq işlənən feldir. Əskidən günümüzə [b] > [v] dönüşümləri vardır. Örnəyin, eb sözü olub ev, ber sözü də olub ver. Ona görə də bar sözü var olmuşdur dilimizdə. Sözün sonundakı “-ış” şəkilçisi feldən fel düzəldən şəkilçidir. Barış sözünün günümüzdə varış olması gərəkər idi ancaq eləcə qalıbdır. Belə olan sözlərə “donuq söz” (frozen word) deyilir. Varışmaq, deməli birbirinə gedib gəlmək. Çünki insanlar (ya da ordular) ancaq barış olanda birbirlərinə gedib gələ bilərlər. Savaş isə tamam bunun tərsidir. Savmaq feli, başından atmaq, uzaq tutmaq deməkdir. Sovurmaq sözü də buradan gəlir. Onsuz da ordular savaş olanda birbirlərini savmaq, sovurmaq istəyir ya da dava dalaş olanda hansıkı insanlar qarşısındakını başından uzaq tutmaq, sovurmaq istəyir.

***

Yön bildirmə üçün dilimizdə qullandığımız “-garu4” əki (şəkilçisi) vardır. Daşlaşma üzrə ən gözəl örnəklər elə bu ək üzərindən verilə bilər. İl +gərü > ilərü > iləri (türkiyədə) > irəli (azərbaycanda).

“Yuxarı” sözünün kökü “yük”dür. Sözü gedən yön bildirən ək qoşulanda belə olur: yükgərü > yukqaru > yukaru > yuxaru > yuxarı. “Yüksək” sözü də həmin “yük” kökü ilə əlaqəlidir. “Uca” sözünü də sözü gedən kökə söykəndirmək olar. Əsgi dildən günümüzə bəzi [y] səsilə başlayan sözlərdə [y] səsi itər. Onda “yücə” sözü öncə “ücə”, ardınca da qalınlaşıb “uca” olub. Ancaq Türkiyədə hələ qədim forması olan “yücə” kimi işlənir.

Bu günləri [ş] səsilə işlədilən bəzi sözlər qədimdə [lç] ilə deyilirdi. Örnəyin “yaşama müddəti” anlayışındakı “yaş” sözü qədimdə “yalç”, “baş” sözü də “balç” idi. “Ölçmək” sözü də örnək verilə bilər ancaq bu söz qədimdəki formasını saxlayıbdır. O biriləri kimi dönüşsəydi bu günləri “ölç” yox “öş” deməli olacaqdıq. Bunun kimi “alç” sözü isə həm qədim formasını saxlayıb həm də dönüşmə keçirib: alç + garu > aşqaru > aşğaru > aşağu >aşağı. Bununla yanaşı “alçaq, alçaltmaq” kimi sözlərdə qədim formasını görmək olar.
Sözü gedən ək üzrə bir neçə örnək daha verib qutaraq: dışqaru > dışğaru > dışğarı > dışarı. Bununla yanaşı “içəri” sözü də örnək verilə bilər:  içgərü > içyərü > içyəri > içəri.

YAŞIL OTA NİYƏ GÖY DEYİRİK?

Hamımız bilirik ki ot yaşıl rənglidir. Bəs yeni yeni çıxan ota niyə göyərdi deyirik? İşə belə başlayağın: yaşılnan göyün nə demək olduğunu öyrənərək.

Yaş- sözü canlı, diri deməkdir. `Nəçə yaşın var?` deyə soruşanda, soruşduğumuz nəfərin nəçə illik yaşadığını öyrənmək istəyirik əslində... Tanrıcılıq inancında hər şəyin, otun, heyvanın bilə ruhu olduğuna inanılmaqdadır. Ona görə də otun da bir ruhu vardır. O da bir canlı həsab olunur. Ata-babalarımız da yaş- sözünə, addan ad düzəldən -ıl şəkilçisini arttıraraq yaşıl sözünü törədiblər. Buna oxşuyan bir sözümüz daha var o da qızıl kəlməsidir: qız + ıl : qızıl. Qızıl sözünün qız kəlməsi ilə əlaqəsi yoxdur. İndi onun kökənləməsinə girmək istəmirəm, o da başqa yazının mözusudur.

Göy rəng isə bildiyiniz, başımızı havaya qaldırıb baxanda gördüyümüz şəyin rəngindən gəlir.

Deməli yaşıl başqa rəndir, göy bambaşqa rəngdir. İndi gələk öz mövzumuza: yeni bitən, yəkələn, böyüyən ota göyərdi deyəndə, göy rəng yaşılnan yer dəyişdirib, onunla əvəz olunmur. Çünki orda belə deyirik:

göyə ərdi > göyəərdi > göyərdi (göyə çatdı)

Ərmək sözünün çatmaq kimi bir mənası da var. Ona görə də ot, torpağın altından çıxıb, göyə doğru qalxanda göyə çatmaq istəyir.

Bunu da bilmək gərək: söz sonundakı /d/ samiti bəzən /t/ samiti ilə əvəz olur. Onda göyərdi > göyərti sözünün necə düzəldiyini indi başa düşə bilərik.

QIZ OĞLAN QIZ

Bir gün müəllimiz dedi ki:

"Çox maraqlıdır, Türkiyədən gələn qız tələbələrin soyadlarının sonunda -oğlu sözünə təsadüf edirik. Bizdə də bu söz işlənir amma oğlan uşaqlarının soyadlarında... Qız olanda deyirik -qızı."

Daha da maraqlısı Orxun abilərində var. Orada belə yazır:


üze kȫk teñri asra yāgız yėr kılındukda ekin ara kişi oglı kılınmış.

Bu mətində keçən kişi sözü, insan-nəfər mənasına gəlir. Amma Azərbaycanda yalnızca ər (kişi) mənasında istifadə olunur. Türkiyədə də əski mənası saxlanılıbdır. Ona görə də yeri gələndə arvadlara da kişi deyirlər.

Diqqət yetirsəniz orada bir də oglı sözünü görərsiniz. Bu oğlu sözünün əski formasıdır. Kişi sözündə olduğu kimi oğlu sözündə də Azərbaycanda daralma olubdur. Türkiyədə isə sözün əski formasında istifadə olunur. Ona görə də həm qız uşaqları üçün həm də oğlan uşaqları üçün oğlu deyirlər.

Sizə maraqlı bir söz daha deyim. Türkiyənin bəzi şəhərlərində qız oğlan qız deyə bir söz var. Bu sözü heç evlənməmiş qız uşaqları üçün deyərlər. Amma heç evlənməmiş oğlan uşaqları üçün oğlan qız oğlan deməzlər. Bəs bu necə olur? Ona görə olur ki, bu oğlan sözünün Türkiyədə uşaq-bala mənası var. Belə olmasa idi az əvvəl dediyim oğlan qız oğlan sözünün də istifadə olunması gərəkər idi.

İndi Türkiyədə bu söz eyni Azərbaycandakı kimi daralır. Məsəl üçün böyük şəhərlərdə (İstanbul-İzmir-Anqara) oğlan sözünün başqa mənaları törəyibdir. Onda artıq ibnələrə deməli birazı qız birazı oğlan olan insanları belə adlandırırlar.

Yadımdan çıxmadan yazım, Türkiyədə oğul sözünün bir mənası da övladdır.