türk dili etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
türk dili etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

TÜRK DİLİNƏ XİDMƏD EDƏN ERMƏNİLƏR

"Markist ədəbiyyat quramcılarına görə roman, bir ədəbiyyat növü olaraq, sənayələşmədən sonra fərdi hala çevrilən kapitalist burjua mədəniyyətinin özünü ifadə şəkli olaraq Avropada yaranmışdır. Osmanlı toplumu, buna oxşayan iqtisadi bir proses yaşamadığına görə, Türk ədəbiyyatı da belə bir özünü ifadə mədəniyyəti əmələ gətirə bilməmişdir." - Murad Bəlgə, Ədəbiyyat Üstünə Yazılar

Bu, o deməkdir ki, Türk ədəbiyyatında roman, idxal edilmişdir. 

İlk Türk dilində romanın, Şəmsəddin Saminin yazdığı Taaşşuk-ı Talat və Fitnat (1872) olduğu deyilsə də, əslində burda söz oyunu oynanır, gerçək gizlədilir. Düzdü, ilk roman Şəmsəddin Samiyə aiddir amma, Osmanlı əlifbasında yazılan ilk roman kimi ona aiddir. Halbuki, 1851-ci ildə, Erməni əlifbası ilə Vartan Paşa tərəfindən qələmə alınan Akabi Hekayəsi, Türk dilində yazılan ilk romandır.

Əlifbadan asılı olmayaraq, həmin roman Türk dilində yazılıb. Əgər Erməni əlifbasıdır deyə Türk dilindən mətn hesab olunmursa, onda Ərəb mənşəli Osmanlı əlifbası ilə yazılanlar da Türk dilində hesab olunmamalıdır. O cümlədən, Latin mənşəli olan və hal-hazırda istifadə etdiyimiz əlifba ilə yazılanlar da Türk dilində hesab olunmamalıdır.

***

Sözlərin Soyağacı ilə Türk dilindəki sözlərin mənbəyini yazaraq etimologiya lüğəti (kökən/mənbə sözlüyü) yaradan Sevan Nişanyandan da yazacağam.

Adlarının önünə "prof" yazmaqdan ləzzət alan ziyalılarımızın, bu adama baxıb utandıqlarını sanmıram. Tuncər Gülənsoy təkcə bu acını çəkdiyinə görə oturub kökən sözlüyü yazdı. Bəs indiyə qədər dilçilərimiz hara idi?

Oxuçulardan biri Nişanyana məktub yazır, "Siz Ermənisiniz. Türk dilindən sizə nə? Gedin öz dilinizlə maraqlanın". Ona görə yazır ki, Nişanyan hərdən bir Türk dilinə ilişir, elmdən qırağa çıxır. Nişanyan da belə yazır, "Türk dilini Kürtlərdən sonra ən yaxşı bilən millət Ermənilərdi. Türklər öz dillərilə maraqlanmır, Kürtlərin də vəcinə deyil".

"Yenə də, Sevan Nişanyan Türk dilinə xidməd edir. O, dilə ilişmək istəsə də, bizim görmədiyimiz, fikir vermədiyimiz balaca detalları, təfərrüatları da görür. Görməklə kifayyətlənmir, bir də gətirib bizim gözümüzə soxur." - Oxtay Doğangün

***

Aqop Martayandan da yazaraq sözlərimi bitirmək istəyirəm. Nam-ı digər, Aqop Dilaçar.

Mustafa Kamala, Atatürk soyadını təklif edən adamdan danışıram. Türk dilinə xidmədlərinə görə, Atatürk tərəfindən vəzifə verilərək Türk Dil Qurumuna baş mütəxəssis kimi 45 il başçılıq etmişdir. Dildəki sözlərin mənbəyini yaxşı bildiyinə görə yenə Atatürk tərəfindən Dilaçar soyadı təklif edilmiş, bundan sonra da o, Aqop Dilaçar kimi əsərlərdə adını dəyişdirmiş, belə tanınmışdır.

Millətçilərin reaksiyasına görə, onun adı daha çox A. Dilaçar kimi yazılır və Erməni olduğu gizlədilir.

***

Hal-hazırda üç nəfərdən örnək gətirdim. Erməni əlifbası ilə nəşr olunan dərgilərdən, jurnallardan yazmadım belə. Kitabların adını çəkmədim. Duyğusal olmağın heç bir mənası yoxdur. Bu bir həqiqətdir ki, Ermənilər Türk dilinə xidməd edib. İndiki vəziyyətimizə görə bunu yox saymaq, ancaq bizim aciz olduğumuzu göstərər. Hələ, dilimizə zərər verdiklərini fikirləşmək, bunun ola biləcəyinə inanmaq...

ÖZGƏ BİR DİLİ ÖYRƏNMƏK, LƏHÇƏ ÖYRƏNMƏKDƏN ASANDIR

Xaricdə təhsil almağı düşünən türkiyəli tələbələr, seçimlərini Türk soylu ölkələrdən yana edəndə, ümumi olaraq belə qərara gəlirlər:
Gedəcəkləri yerdə danışılan dil, Türkiyə Türkcəsinə çox yaxın olacaq və dolayısı ilə çətinlik çəkilməyəcək.
Bu düşüncədə olanlarınsa, birinci seçdikləri ölkə Azərbaycan olur.

***

Çox rahat deyə və yaza bilərəm ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır. Tam tərsinin olmasını gözləyirik amma, həqiqətdə bu belədir.

Mən, ləhçə deyəndə rayondan rayona deyil, ölkədən ölkəyə fərqlənən dilimizdən söhbət aparıram. Bəzi dilçilər Türk dilləri adlandırsa da, mən özbəklərin danışığını Türk ləhçəsi kimi hesab edirəm.

Azərbaycanlılar, əvvəl türkiyəlilərin sürətli danışdığını deyirlər. Elə eyni sözü də türkiyəlilər azərbaycanlılara deyir. İkisi birdən türkmənlərə `çox pəltək danışırsınız` deyir. Üçü birdən özbəklərə `səsi çox yuvarlayırsınız` sözünü işlətməkdə geri qalmırlar.

Yazıb artıqmaq olar amma, onu demək istəyirəm ki, sözlərimiz bir olsa da, intonasiyadakı fərqlənmədən ötrü, bir-birimizi bəyənmirik. Elə həqiqətən bəyənmirik. Dil mövzusunda elmiliyi yox, duyğusallığı seçirik.

Özgə dillərin özünə aid qayda-qanunları olur. Amma bu sözü, ləhçələrdə işlətmək olmur. Qaydalar olduğu kimi eynidir. Özbək türkcəsindəki hansı qanun, Azərbaycan türkcəsindən fərqlənir?

Azərbaycandakı türkiyəlilərin Azərbaycan türkcəsi danışmasından, Türkiyədəki azərbaycanlıların Türkiyə türkcəsində danışmasından, İrandakı türklərin İstanbul türkcəsi danışmasından, ya da özbəkistanlıların Türkmən türkcəsində danışmasında yaranan fərqli intonasiyadan qıraq, öz ləhçələrindəki sözləri də cümlələrinə qoşmalarından, həmin çətinliyi başa düşmək o qədər də çətin deyildir.
başa düşüyorum
abi, kırakta saklar mısın?
haraya gidiyoz
Belə cümlələri artıqmaq olar. Həm türkiyəlilər üçün, həm də azərbaycanlı türklər üçün.

Diqqətinizi cəlb etmək istədiyim şey, söz köklərinin dəyişdirildiyi, əklərin (şəkilçilərinsə) dəyişdirilmədiyidir. `Başa düşmək` felini olduğu kimi istifadə edir amma, indiki zaman şəkilçinə gələndə, öz ləhçəsindən istifadə edir. Bu, başqa ləhçədən istifadə etmək istəyən hər bir danışan üçün keçərlidir. Onda belə çıxır ki, əklərə olan münasibət ilə, sözlərə olan münasibət tamam başqadı. Və axırda bu qərara gəlinir ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır.

QOCA - XOCA SÖZLERİNİN XIRDALANMASI

Erməni dilçi Sevan Nişanyan, Sözlərin Soyağacı adlı kitabında qoca kəlməsini belə açıqlayır :
Köhnə bir şərqi İran dilindən köçürmə ehtimalı böyükdür. Sinonimi Fars dilindəki xvaca ve xoda-dır.

Eyni yazıçı xoca kəlməsini də belə xırdalayır :
Fars dilində "ağa, evin böyüyü" mənasına gələn xvaca kəlməsindən Türk dilinə köçürmədir.

Halbuki hər iki söz də Türkcə mənşəlidir və ən möhümü də ikisi də eyni kök sözdür. Göytürk dilində koca kimi işlənməkdədir. Hörmətli, bilikli kişi mənalarına gəlməkdədir. Bu mənada ikən necə olubdur da Türkiyə Türkcəsində ər mənasına gəlibdi onu belə açıqlaya bilərəm :
Köhnə Türk dilində prenses mənasına gələn eşi kəlməsi var idi. Arvadına qiymət verən, ona sevgi bəsləyən hər Türk kişisi, öz arvadına prensesim mənasında eşi-m deməyə başlamışdır. Beləliklə bir müddət sonra eşim kəlməsi adi bir söz formasına dönmüşdür.

Bu mövzu haqqında belə bir şəy daha revayət eləyirlər :

Bir gün Çingiz Xan yanındakılara səslənib: "Mən sizin xan-ınızam, halbuki mənim də xan-ım var." deyib arvadını göstərib : "İştə bu da mənim xan-ım." Sonra dönüb qızını görsədib və bu da "bəy-im (beg-üm)" deyibdir.


Sonrasındaysa hər kişi öz arvadı üçün xan-ım deyəndə bu kəlmə də adiləşibdir. Eyni şəkildə hər arvad da öz ərini hörmətli həsab elədiyindən hörmətli, savadlı, bilikli kişi mənasına gələn qoca\xoca kəlməsini adiləşdirmişdir.

DİLDƏ VARSILLIQ NECƏ OLAR?

Dildə zənginlik iki cürdür:
1. Söz zənginliyi
2. Anlam zənginliyi


Ərəb, Fars dili kəlmə zənginliyi barədə nümunə verilə biləcək dillərdir. Eyni mənaya gələn bir çox söz tapmaq mümkündür.

Türkcə isə ikinci qrubda tətqiq edilməlidir. Türkcədə eyni mənaya gələn iki kəlmə qəti tapa bilməzsiniz. Amma bir çox mənaya gələn tək kəlmədən, minlərcə tapa bilərsiniz. Cavab-yanıt, sual-soru kimi nümunələr verməniz səhv olar. Çünki cavab da sual da Ərəb mənşəlidir.

Məna zənginliyi mövzusunu hamı bilmir, bilmədiyi kimi də inkar edir. Bircə zənginliyin, kəlmələrin çoxluğundan ola biləcəyini fikirləşirlər. Amma bunlar səhv edirlər.

Tutaq ki, bir mənası olan kəlmənin 1 qızılı olsun. Elə isə 6 mənası olan kəlmənin 6 qızılı olar. Belə olanda kimə zəngin diyərsiniz? Məsələn Türkiyə Türkcəsində çıkmak* kəlməsinin 56 mənası var, deməli 56 qızılı. Ee indi bu zənginlik dəyil də nədir?

Osmanlı çağından qalan və eyni mənaya gələn 8 kəlmənin (8 nəfərin 1 qızılı olduğunu düşünün) yerinə 1 kəlmə gətirilmişdir. 8 nəfərin gördüyü işi 1 nəfər görməkdədir. Belə olanda gərəksizləri tullamaq ən məntiqli olanıdır. Bu dili kasıblaşdırmaz, əksinə zənginləşdirər. Çünki Türkcə, kəlmə zənginliyini dəyil, məna zenginliyini dəstəkləməkdədir. Əsası bunun üstünə quruludur. Amma istəndiyində kəlmə baxımından da zengin ola bilər. Hal-hazırda 600 min kəlməmiz var. Bir də dilçi Fəyza Həpçilingirlərin dediyinə görə: Türkcə var olan təbiəti ilə 2 milyon istifadə oluna bilən kəlmə yaradma bacarığına yiyədir.

BİR ULUSUN İKİ DİLİ

Tarixi ən azından üzdən oxumuş hər bir kəs bilir ki, milləti yaşadan ünsürlərdən biri də onun dilidir. Hər bir millətin dili əsrlər boyu formalaşır, daha da inkişaf edir və müasir görkəm alır. Türk dili də əsrlər, minilliklər ərzində formalaşmış, zənginləşmiş və inkişaf edərək dünyanın ən zəngin, asan mənimsənilən, şirin dilləri içərisində birincilər sırasına yüksəlmiş, deyərdim ki, birinci olmuşdur.

Sovet imperiyası yaranmamışdan əvvəl Azərbaycanda millətin adı türk, dili də türk dili adlanırdı, təbii ki, rəsmi olaraq. Çox təbii haldır, çünki millət türkdür. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də bu ənənəyə sadiq qalındı. Dilimizin türk dili olması ilə bağlı qanun qəbul olundu. 1920-ci ildə AXC Sovet bolşevikləri tərəfindən işğal olunduqdan sonra belə 1939-cu ilə qədər rəsmi dairələrdə millətə “türk”, onun dilinə isə “türk dili” deyilirdi. Lakin İ.Stalin sovetlərə başçılığa başladıqdan sonra 1939-cu ildə Azərbaycan Türklərinin adının azərbaycanlı, dilimizin isə Azərbaycan dili olması ilə bağlı qərar qəbul etdi. Bununla da özümüz azərbaycanlı, dilimiz isə rəsmi olaraq Azərbaycan dili adlanmağa başladı. Məqsəd isə bir idi, bizlərin canımız, qanımız olan Anadolu türkləri ilə bir adlandırılmasına son qoymaq, bir sözlə bizləri onlardan hər cəhətdən ayrı salmaq idi. O vaxtdan etibarən yetişən nəsillərə bu, aşılanmağa başlandı. Məlumdur ki, Osmanlı dönəmində Anadolu Türkləri “osmanlı milləti” deyə anılırdı. Əlbəttə bu, kökündən yanlış bir deyim idi. O dönəmdə isə bizlər Türk adlanırdıq. Belə olduğu halda bizim türk adlanmağımızın Sovetlər (ruslar) üçün heç bir sakıncası yox idi. Çünki Anadolu Türklərinin “osmanlı” adlanması onların bizimlə eyniyyət təşkil etdiyimizi kölgəyə salırdı. Belə ki, hətta Osmanlı`da insanlardan birinə “sən türksən” deyildiyində buna etiraz edir, “Xeyr biz türk deyiliz, osmanlıyız. Türklər Qaqfqaslarda yaşayırlar” deyirdilər. Amma 1923-cü ildə Osmanlı devrilib yerində Türkiyə Cumhuriyyəti qurulandan sonra, M.K.Atatürk`ün öndərliyi ilə başlanan milliözünü dərk yüksək səviyyəyə qalxdı və millət əslində kim olduqlarını anlamağa başladı. Dolayısı ilə, bir neçə müddət öncə özünə “osmanlı” deyənlər indi özlərinə “Türk” deməyə başladılar. Belə olduqda isə həm Anadolu insanının və həm də Azərbaycan insanının “türk” adlanması Sovetlər üçün təhlükə idi. Belə ki,onlar bu iki türk toplumunun birləşə bilmə ehtimalından ehtiyatlanaraq bizə yeni ad verməyə çalışdılar. Məlumdur ki, tarix ərzində Azrbaycan türklərinə ruslar tərəfindən fərqli adlar qoyulmuşdur. Ya “tatar”, ya sadəcə “müsəlman” deməklə bizim türklüyümüzü unutdurmağa çalışmışlar.

1991-ci ildə Azərbaycanın Quzeyi müstəqillik əldə etdikdən sonra 1992-ci ildə mərhum prezident Əbülfəz (Əliyev) Elçibəy millətin adını özünə qaytardı. 1995-ci ilə kimi rəsmi olaraq adımız “türk”, dilimiz “türk dili” adlandı. Amma çox təəssüf ki, 1995-ci ildə referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində adımız yenidən təhrif olunaraq “azərbaycanlı”, dilimiz də “Azərbaycan dili” kimi qeyd olundu.

Bu, YAP (Yeni Azərbaycan Partiyası)-ın iqtidara gəlməsindən sonra baş verdi. YAP-ın qurucusu, mərhum prezident Heydər Əliyev Türkiyə ilə əlaqələrin genişləndirilməsinə çox böyük önəm verirdi. Hətta o dərəcədə ki, o, haqlı olaraq Türkiyə və Azərbaycanı bir millətin iki dövləti adlandırdı. Bu, hamı tərəfindən, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. “Biz bir millət, iki dövlətik” deyimi həqiqətən türklük düşməni olan erməni-rus-fars birliyini çox hiddətləndirdi. Buna alternativ olaraq bizə və dilimizə vaxtilə İ.Stalinin etdiyi kimi yeni ad axtarmağa başladılar. Bu adı iki əsrə yaxındır öz istiqlaliyyəti uğrunda savaşan türklərə (Azərbaycan türklərinə) qan udduran farslar “kəşf etdilər”- AZƏRİ. Toplumumuz da xaricdən gələn səslərə tez reaksiya verdiyi üçün bu deyimi “azərbaycanlı” deyiminin qısaldılmış forması kimi qəbul etdi. Özünə və dilinə “azəri” deməyə başladı. Bundan əlbəttə ki, ən çox fars-molla rejimi faydalanmağa başladı, çünki işğal etdiyi Azərbaycan torpaqlarında 35-40 milyon türk yaşayır. Amma həqiqətən çox təəccüblüdür ki, bu söz (azəri) Azərbaycanın güneyində deyil, quzeyində daha çox qəbul olundu. Güney Azərbaycanda yaşayanlar (türklər) bu sözü heç cür qəbul etmirlər. Hətta bu sözə qarşı aksiyalar, mitinqlər düzənləyərək “Haray, haray, biz türkük” deyirlər, dilimiz türk dilidir deyirlər. Özü də müəyyən qrup halında yox, hamılıqla.
Dünyada xeyli sayda ərəb dövləti var. Bu ölkələrdə yaşayanlar özlərinə ərəb, dillərinə də ərəb dili deyirlər. Baxmayaraq ki, (məsələn) Misir Ərəb Respublikası və Səudiyyə Ərəbistanında yaşayan ərəblər ünsiyyət zamanı bir-birilərini çox çətinliklə anlayırlar, bununla belə adlarına və dillərinə “ərəb” deyirlər. Amma biz Türkiyədə, Türkmənistanda, Quzey Kıbrıs Türk Cümhuriyyətində, Balkanlarda, Qaqauz Yerində, Krımda yaşayan türklərlə heç bir zorluq çəkmədən ünsiyyət zamanı bir-birimizi anladığımız halda adımıza və dilimizə “azərbaycanlı” və ya “azəri” deyirik. AZƏRBAYCAN sözü burada yaşayan hər bir kəs (özüm də daxil) üçün müqəddəs və əzizdir, lakin əziz qardaş və bacılarım, bu söz sadəcə olaraq bizim məmləkətin adıdır. Özümüzün və ya dilimizin yox. Biz türk millətiyik, dilimiz də türk dilidir.

Sizcə, bir millətin iki (və ya daha çox) adda dili ola bilərmi?!
__________________
Rəşad Cavad TÜRKAY

SÖZLƏR TƏRLƏYƏ BİLƏRMİ?

Köhnə dildən bilirik ki, iki samit yanaşı gələ bilməz. Ona görə də tərk kəlməsi necə Türk mənşəli olur?
Bu cür kəlmələr dilimizdə çoxdur. Elə həç uzağa gətməyə də lüzum yoxdur. Türk kəlməsinin özü bu barədə nümunə verilə bilər. Amma işin əslini araşdıranda hərşəyin səlis aydın olduğunu görmək sevindiricidir.

Göytürk dilində türk kəlmesi Xrüt (türük) kimi işlənir idi. Buna görə bir problem yoxdur. Zamanla son həcadakı ü saiti tüşüb, olub Türk. Yeri gəlmiş ikən Türk kəlməsinin mənasına da diqqət yetirək. Kökəni türük olan bu kəlmənin son hecasındakı ük şəkilçisi qırıq, sökük kimi kəlmələrdə işlənən felin sifət şəkilçisinin tamam özüdür. Qırıq qırılmış, sökük sökülmüş kimi türük də türəmiş (törəmiş) mənasındadır. Türk kəlməsinin tədqiqatı uzun sürdüyünə görə bu qədər məlumat kifayətdir.

Tərk kəlməsinin isə köhnə dildə krt tərik kimi işlənməli olduğunu düşünürük. Çünki, ilk hecada ə saiti olduğuna görə dodaq oxşarlığından sonrakı hecada i saiti işlənməlidir. Bu söz də az əvvəl dediyimiz qırıq, sökük kəlmələrində gəçən ıq4 (ik4) şəkilçilərindən düzəlmişdir. Deməli tərik, tərləmiş mənasına gəlməkdədir. Bəli tərləmiş mənasına gəlir. Biraz düşünəndə tər kəlməsiylə eyni mənada olduğunu görürük. Tər, bədəni tərk edən mayəyə deyilir. Deməli bədənimizdəki mayə yerini tərk edirtərləmiş olur. Tərik mayə nitq hissəsindəki tərik sifəti bir müddət sonra bir başına o qavramı qarşılayır.

Bu sizi çaşdırmasın. Aydan arı, sudan duru deyimimizə görə. Burada gəçən arı sözünün həyvan olaraq bildiyimiz, bal mamul eden böcək olmadığını bilirik. Maxmud Kaşqarinin Divanı Lüğətit Türk kitabında arı kəlməsini təmiz, saf kimi tərif eliyir. Ona görə də, arı sözü bir sifətdir. Arı böcək nitq hissəsindəki böcək kəlməsi tüşüb, arı kəlməsi qalıb. Onu bilirik ki, arılar çox arınıq böcəklərdir. Hər biri arı öz qovanına girməzdən əvvəl qapıda ayaqlarını arındırar. Əşdə gəzəndə də sadəcə olaraq çiçəklərə qonar. Bu səbəblə də atalarımız bu böcəyi arı (təmiz-saf) qəbul edibdir.

Belə məsələlərin sayı xəddindən artıqdır. Türkiyədə Misir dövlətinə Mısır deyirlər. Mısır sözü eyni zamanda qarğıdalı mənasına da gəlir. Əslində qarğıdalı Anadoluya deməli Osmanlıya ilk dəfa Misirdən gəlir. Onda bu bitkini mısır buğdası adlayırlar. Bir zaman sonra da buğda sözü tüşür, qalır mısır kəlməsi.

Bu barədə çox maraqlı bir nümunə daha var. Bizim hindtoyuğu-hindxoruzu adladığımız heyvanı, bir zamanlar Anadoludakı Türklər də elə çağırırdı. Sonraları toyuq-xoruz kəlmələri tüşüb, sadəcə hindi qalıbdır. Diqqət yetirin, az əvvəl dediyimiz mısır buğdasındakı kimi oldu. Amma maraqlı olan odu ki, bu həyvan ilk dəfa İgilislərə Türkiyədən gədəndə, İngilislər onu Türkiyə quşu adlandırdılar. Təxmin edə biləcəyiniz kimi quş kəlməsi zamanla tüşüb, qalıb türkiyə. O da bu gün ingilislərdə turkey kimi işlənməkdədir. Həm Türkiyə mənasında həm də hindtoyuğu mənasında... Ona görə də millətçilərin İngilislər bizimlə məzələnir sözü səhvdir.

Artıq demək olar ki, nitq hissələri də tərləyə bilir. Biz daha bilirik ki, tərləmək iraqlaşmaq, uzaqlaşmaq, tərk etmək deməkdir. Az əvvəl danışdığımız nitq hissələrini yadınıza salın. Onlar iki kəlmədən ibarət idilər amma kəlmənin biri tərlədi, tərk etdi yoldaşını, ondan uzaqlaşdı, eyni bədənimizi tərk edən mayə kimi...